Məhkəmə qərarları › İş №3(050)-974/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-974/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-974/2024 15.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı RPŞ-nin DYPB-nin yol patrul xidmətinin inspektoru, polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Masallı rayonu, Masallı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334-1.1-ci maddələri ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 10 may 2024-cü il tarixdə, saat 20:50 radələrində Masallı şəhəri, Dadva küçəsində idarə etdiyi “Hundai Elantra” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə nəzarət qaydasında saxlanıldıqda avtomobili etibarnaməsi və idarə etmək hüququ olmadan narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, anası ağır xəstə olduğundan xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində aptekdən dərman alıb evlərinə aparmaq üçün dostu Alişan Cəfərovun “Rente Car”dan götürdüyü “Hundai Elantra” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı şəhəri, Dadva küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğundan Masallı RPŞ-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük hüququ olmamışdır. Eyni zamanda polis əməkdaşları onun sərxoş olmasından şübhələndikləri üçün müayinəyə aparılmış və müayinə zamanı onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Avtomobili idarə edərkən narkotik vasitənin təsiri altında olmamışdır. O, narkotik vasitəsini təxminən 10-15 gün əvvəl toyda olarkən qəbul etmişdir. Hazırda etdiyi əməldən səmimi peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 may 2024-cü il tarixli, 112 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitə qəbulundan yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında 10 may 2024-cü il tarixli, İXP № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 334-1.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrlə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 334- 1.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 334- 1.1-ci maddəsi ilə 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar