Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-975/2024 16.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, Masallı Rayon Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, M.F.Axundov küçəsi ev 17-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 15 may 2024-cü il tarixdə, saat 19 radələrində Masallı şəhəri, H.Əliyev prospektində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 15 may 2024-cü il tarixdə, saat 19 radələrində Masallı şəhəri, H.Əliyev prospektində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X8 PPXB-in polis nəfəri, polis serjantı Elvin Ələkbərli ilə birlikdə Masallı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən Masallı RPŞ-in Təhqiqat bölməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinən, lakin qəbul edilmiş qərarın icrasından yayınan Masallı şəhər sakini Şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncunu şöbəyə dəvət etmişlər. Şəxs barəsində qəbul edilmiş qərarla razılaşmadığını bildirərək, Masallı şəhəri H.Əliyev prospektində uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamış, pois əməkdaşları Aqil Məmmədli və X9 Səfərova ictimai yerdə nalayiq ifadələrin işlətməyin inzibati xəta olduğunu bildirərək onu dəfələrlə nizam-intizama dəvət etmiş, lakin Şəxs polis əməkdaşlarının iradından nəticə çıxarmaq əvəzinə daha da aqresivləşərək öz hüquqzidd və qanunsuz əməllərini davam etdirmişdir. Şəxs təxminən 5-6 dəqiqə ərzində ictimai qaydanı pozaraq qəsdən polisin qanuni tələbinə tabe olmadığından Masallı RPŞ-yə gətirilmişdir. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, aliment borcuna görə Masallı Rayon Məhkəməsinin qərarı iə həbs olunmuşdur. Həbsdən azad edildikdən sonra yaşadığı evə gedərək arvadı Sürəyya Səfərovaya onu aliment borcuna görə həbs etdirdiyinə görə iradını bildirmiş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı evdə olan oğlu İbrahim stəkanı götürürək stolun üzərinə çırpıb sındırmış, öz əlini zədələmiş, başını qapıya vurmaqla özünə xəsarət yetirmiş, bu səbəbdən arvadı Sürəyya Səfərova DİN-in 102 xidmətinə zəng edərək şikayət etdiyinə görə mübahisənin daha da böyüməməsi üçün evdən çıxıb Bakı şəhərinə getmişdir. Arvadının şikayəti əsasında barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat başlanmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olduğu müddətdə Masallı RPŞ-nin Elvin, İlkin və Nüsrət adlı polis əməkdaşları tərəfindən saxlanılaraq Masallı RPŞ-yə gətirilmişdir. Masallı şəhəri, H.Əliyev prospektində söyüş söyməmiş, polisə tabesizlik göstərməmiş, tərəfindən hər hansı bir xəta törədilməmişdir. Polis şöbəsində olduğu müddətdə döyülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Masallı RPŞ-nin PPXB-in polis nəfəri, polis serjantı Elvin Ələkbərli ilə birlikdə Masallı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən Masallı RPŞ-in Təhqiqat Bölməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinən, lakin qəbul edilmiş qərarın icrasından yayınan Masallı şəhər sakini Şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncunu şöbəyə dəvət etmişlər. Şəxs barəsində qəbul edilmiş qərarla razılaşmadığını bildirərək Masallı şəhəri, H.Əliyev prospektində uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamış, polis əməkdaşı Elvin Ələkbərli ilə birlikdə Şəxs küçədə ictimai yerdə nalayiq ifadələrin işlətməyin inzibati xəta olduğunu bildirərək onu nizam-intizama dəvət etmiş, lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hüquqzidd və qanunsuz əməllərini davam etdirmişdir. Şəxs dəfələrlə nizam-intizam dəvət etmələrinə baxmayaraq, sonuncu təxminən 5-6 dəqiqə ərzində ictimai qaydanı pozaraq qəsdən polisin qanuni tələbinə tabe olmadığından onu Masallı RPŞ-yə gətirmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri X5 şahid X6 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 15 may 2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 may 2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Şəxs təqsiri inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal onun himayəsində 2 azyaşlı övladının olmasıdır.; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 15 may 2024-cü il tarixdən saat 21:00-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Səfərov X3 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-975/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-975/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver