Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-976/2024 16.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Masallı rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, Masallı şəhəri, M.F.Axundov küçəsi, ev 17-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 18 aprel 2024-cü il tarixdə saat 22:40 radələrində şəxsi münasibətlər zəmnində oğlu Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, alimentlə bağlı ona verilmiş inzibati həbsdən azad olduqdan sonra qeydiyyatda olduğu evə gəmişdir. Keçmiş həyat yoldaşı Qanuni nümayəndə vəziyyətinin pis olduğunu bilə-bilə nəyə görə ondan şikayət etdiyini demişdir. Sürəyya isə cavabında yaxşı etdiyini demişdir. O, Sürəyyaya çıxıb gedecəyini demiş, Sürəyyada çıx get demişdir. Sürəyya 102 xidmətinə zəng edəcəyini demiş, oda cavabında heç kimdən qorxmadığını hara istəsə zəng edə biləcəyini, kimin onu öz şəxsi evindən çıxara biləcəyini demişdir. Sürəyya Masallı RPŞ-də izahat vermişdir ki, uşaq stəkanı yerə vuraraq sındırmışdır. Lakin həmin izahat yoxdur. Həqiqətdə də uşaq stəkanı bir neçə dəfə stola vurmuş və stəkan əlində sınmışdır. Daha sonra uşaq başını plastik qapıya vurmuş və ona “ata get burdan, ata get burdan” demişdir. Oda uşağın əsəbləşdiyini görüb evdən çıxıb getmişdir. O, həmin vaxt heç kimi vurmamış, xəsarət yetirməmişdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, həmin gün o, evə gəlmiş və atasıda evə gəlmişdir. Həmin vaxt anası qonşuda olmuşdur. O, vhatsapp vasitəsi ilə anasına mesaj yazdıqdan sonra anası evə gəlmişdir. Anası gəldikdən sonra valideynləri alimentlə bağlı mübahisə etməyə başlamışlar. Daha sonra atası əlində olan stəkanı sındıraraq anasının üzərinə hücum çəkmişdir. Anasının üzərinə hücum çəkdiyi zaman o, qorxaraq anasının yanına gəlmiş bu zaman atası əlində olan kəsik stəkanı qabağa vermiş və stəkan onun əlinə dəyərək əlini kəsmişdir. Əli kəsildikdən sonra qışqırmış və əli al qan içində qalmışdır. Bu zaman atası çıxıb getmişdir. O, özü-özünə hər hansı bir xəsarət yetirməmişdir. Şikayətçidir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirdi ki, hadisə Zərərçəkmiş şəxs dediyi kimi olmuşdur. Kaş oğlu aralarına girməyəydi. Nəsimi evə gəldikdən sonra onunla mübahisə etmiş, onları öldürəcəyi ilə hədələmişdir, niyə ondan şikayət etmişdir. Lakin o, ondan şikayət etməmişdir. Sadəcə aliment borcunu ödəmədiyindən borcu artdığından icra şöbəsi tərəfindən məhkəməyə protokol verilmişdir. Nəsimi üzərinə hücum etmişdir ki, onu vursun, oda ona polis şöbəsinə müraciət edəcəyini demişdir. Daha sonra ona çıxıb getməsini demişdir, lakin o, çıxıb getməyəcəyini demişdir. Mübahisələri güclənmiş və Nəsimi əlində olan stakanı ilk öncə bir neçə dəfə plasmas qapıya vurmuş, lakin sınmadığı üçün stakanı stola vurmuş və stakan sınmışdır. Daha sonra Nəsimi onun üzərinə hücum etmiş, bu zaman oğlu İbrahim ona nisbətən atasına daha yaxın olmuşdur. Nəsimi ona yaxınlaşan zaman oğlu araya girmiş və atasıda əlində olan çaşkanın qırıntısı ilə İbrahimin əlini kəsmişdir. Atasıda uşağı o vəziyyətdə qoyaraq əlində olan çaşka qırıntısını ataraq çıxıb getmişdir. Daha sonra haraya qonşular gəlmişlər. Barışmamışdır. Şikayətçidir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 308 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs sol said nahiyəsinin və sol əlin arxa hissəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda qeyd olunan 18 aprel 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 10 may 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Cəlal Əbülfəzli tərəfindən 15 may 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 15 may 2024-cü il tarixli 022238 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs 15 may 2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş, 16 may 2024-cü il tarixdə saat 10:00-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini etiraf etməsə də, onun əməli zərərçəkmiş şəxsin onun qanuni nümayəndəsinin ifadəsi, inzibati xəta haqqında protokol, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1. maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-976/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-976/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver