Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-976/2025 15.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katini X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Masallı rayonu Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu Viləş kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində yaşadığı kəndin mərkəzi küçəsində uca səslə nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, bu gün yaşadığı kənddə küçədə olduğu zaman kənd sakini Rusif tərəfindən şər-böhtan atıldığından əsəbləşərək uca səslə söyüş söymüşdür. Belə ki, edilmiş şikayət onun yaraşmayan bir şikayətdir, onun 57 yaşı vardır. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq barəsində olan müraciətlə bağlı onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına polis şöbəsinə getməyə etiraz etməmişdir. İctimai yerdə söyüş söydüyü üçün özündən utanır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona cərimə cəzası verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-də əməliyyat qrupunun tərkibində olduğu zaman DİNnin 102 zəng xidmətindən şikayət daxil olmuşdur ki, Masallı rayonu Viləş kəndində münaqişə vardır. Həmin vaxt dərhal Masallı rayon Viləş kəndinə yaxınlaşmışlar və orada bir qrup şəxsin toplaşdığını görmüşlər. Orada kənd sakini İsgəndərov Felman adlı şəxsin Şəxsla sözlə mübahisə etdiyini görmüşlər və mübahisəni şakitləşdirib Masallı RPŞ-yə qayıtmışlar. Eyni zamanda icraatında olan HK-1/898 saylı xx.xx.2025-ci il tarixli materialla əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng emişdir ki, izahatının alınması zəruridir və Masallı RPŞ-nə dəvət etmişdir. Lakin vətəndaş bundan imtina etmişdir. Bundan sonra o, həmin kəndin sahə polis nəfəri Vəfadar Sabirli ilə birlikdə vətəndaş Şəxs izahatının alınmasından ötrü həmin kəndə getmişlər. Həmin kəndin mərkəzi küçələrində Şəxs görüb ona yaxınlaşmışlar yaxınlaşaraq özlərini təqdim etmişlər və onu izahatının alınması üçün ya Masallı RPŞ-yə gəlsin və ya yaşadığı ünvana getsinlər. Bu zaman vətəndaş Şəxs ucadan nalaiq söyüşlər söyməyə başlamışdır. Onlar həmin şəxsə etdiyi əməlin inzibati xəta olduğu, qanun pozuntusu etdiyini bildirmişlər və sonra onu Masallı RPŞ-yə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X1 ilə eyni məzmunlu ifadə verdi. Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Simran Haxverdiyev tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-976/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-976/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver