Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-979/2024 20.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1979-cu ildə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində idarə etdiyi “Hyundai" markalı Elantra modelli **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi VAZ 21065 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol hərəkət hissəsinin kənarında toqquşmuş, nəticədə zərər çəkmiş şəxsin sağlamlığına az ağır bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis kapitanı X7 məhkəmə iclasında bildirdi ki, X8 xx.xx.2024-cü il tarixdə saat 15 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni avtomobili sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi X3 məxsus “Hyundai Elantra” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini hadisə baş verən sahədə maksimum icazə veriləndən artıq sürətlə hərəkət etdirərək hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin vaxt onunla eyni istiqamətdə nərəkətdə olan və idarə etdiyi avtomobili sola doğru manevr etmək istəyən, əvvələr tanımadığı X1 idarə etdiyi məxsus VAZ 21065 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol ehtiyat hissəsinin kənarında toqquşmuş və Aydın Nuraliyevin sol Xİ və Xİİ qabırğanın yerini dəyişmiş sınığı, döş qəfəsinin sol yan hissəsinin və sol böyür nahiyəsinin sıyrıqları və geniş qançırı xəsarətləri alması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Bununla bağlı araşdırma aparılmış, lakin əməldə cinayət tərkibi olmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin DYPB-yə göndərilmiş, bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Hundai Elantra” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı- Boradigah-Lənkəran yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman X2 idarə etdiyi VAZ 21065 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Aydın Nurəliyev müxtəlif bədən xəsarəti alması ilə nəticələnən nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verən zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Əməlindən peşman olmasını, qarşı tərəfə dəymiş ziyanın ödənilməsini, qarşı tərəfin ondan şikayətinin olmamasını nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil telefonla əlaqə saxlanılmaqla inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən məhkəmə iclasınının onun iştirak olmadan keçirilməsini xahiş etmiş, ona dəymiş ziyanın ödənilməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 30 mart 2024-cü il tarixli, seriya, İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına az ağır bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adı çəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan tərəflər 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-979/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-979/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver