Məhkəmə qərarları › İş №3(050)-980/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-980/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-980/2024 20.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X8 Şamil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1982-cı ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cu il tarixli, 2(050)-3025/2023 nömrəli sənədləri üzrə icra tələbini üzürlü səbəb olmadan icra etməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan 26 iyul 2018-ci il tarixdən başlayaraq 21 iyul 2008-ci il təvəllüdlü X5, 06 aprel 2010-cu il təvəllüdlü X2 və 21 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməsi qərara alınmışdır. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-3025/2023-010 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi əasında verilmiş icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan Əliyeva (Heydərova) Aynur Tofiq qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, 06 aprel 2010-cı il təvəllüdlü X2 və 21 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa 160 (bir yüz altımış) manat olmaqla cəmi 320 manat məbləğində sabit pul şəkilində aliment tutularaq iddiaçı X7 ödənilməsi qərara alınmışdır. Hazırda qeyd olunan icra sənədi üzrə bu günə qədər aliment borcu 9385 manat təşkil edir. Borcunun ödəməməsinə səbəb maddi imkansızlığı ilə ələqədardır. Özü iş olandan olana işləyir və daimi qazancı olmadığından borcunu vaxtında ödəyə bilmir. İmkanı olduqca aliment borcunu ödəyir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Masallı rayon məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 26 iyul 2018-ci il tarixdən başlayaraq 21 iyul 2008-ci il təvəllüdlü X5, 06 aprel 2010-cu il təvəllüdlü X2 və 21 dekabr 2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-3025/2023-010 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Masallı rayon məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Şəxs Əliyeva (Heydərova) Aynur Tofiq qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmişdir. 06 aprel 2010-cı il təvəllüdlü X2 və 21 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa 160 (bir yüz altımış) manat olmaqla cəmi 320 manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı X7 ödənilməlidir. Borclu Şəxs üzürlü səbəb olmadan icra sənədi üzrə yaranmış öhdəliyi üzrə 9385 manat məbləğində borcu qalmışdır. İcra sənədi icraatına daxil olduqdan sonra bir sıra icra hərəkətləri aparılmış, borclu Şəxs barəsində əmlak vəziyyətinin yoxlanılması və gəlirlərinin olub-olmaması barədə aidiyyəti orqanlara sorğular göndərilmişdir. Bundan başqa Şəxs yaşadığı ünvana icra şöbəsi tərəfindən dəfələrlə bildiriş göndərilmiş, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin Şəxs borcunu tam ödəməmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün barəsində təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında dindirilmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli onun özünün etirafı ilə yanaşı, icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatından, habelə işə əlavə edilmiş inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. xx.xx.2023-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3025/2023-010 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 20 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-2234/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi və Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)- 3025/2023-010 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə qanuni qüvvəyə minmiş qərarların icra edilməməsi ilə əlaqədar barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunverici “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmə səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 528.1.-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini araşdıraraq müəyyən etmişdir ki, o, üzürlü səbəb olmadan icra sənədini icra etməmişdir. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra məmurunun məhkəmə iclasında verdiyi izahatları, eləcə də digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə onun təqsiri olmama barədə izahatını özünü müdafiə kimi qiymətləndirir və sübut kimi rədd edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, o, İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 31.2 və 32.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halları yoxdur. Məhkəmə hesab edir ki, şəxsin ümümilkdə 9385 manat aliment borcunun olması maddi vəziyyətində çətinliklər olduğundan onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir.Onu islah olunaraq yaranmış borcunu ödəməsinə sövq etmək üçün barəsində inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsini uyğun görür. Odur ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 20 may 2024-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar