Məhkəmə qərarları › İş №3(050)-980/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-980/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-980/2025 16.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1966-cı il tarixdə Masallı rayonu, Ləngan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "Oylmaşservis LTD" firmasında usta işləyən, Masallı rayonu, Ləngan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 16 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Həsənov X3 Rayon Məhkəməsinin 2(050)-2553/2024 nömrəli, 19 sentyabr 2024cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 2553/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs “QAZ-3110” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 3900 (üç min doqquz yüz) manat pul cavabdeh Şəxs alınaraq iddiaçıya verilməlidir. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi pul vəsaitinin 64 manat hissəsi Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi Masallı rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra 14 fevral 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu 28 fevral 2025-ci il tarixdə verdiyi izahatında əmlakını sataraq borcunu ödəyəcəyini bildirsə də, borcundan ödəniş etməmişdir. Hazırda isə izahatında borcun əmək haqqına yönəldilməsini və hər ay əmək haqqından 150 manat pul tutulmasını xahiş edir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, kredit borcu olduğu üçün hər ay 1000 manat ödəniş edir. Hazırki icra sənəi üzrə olan borcundan hər ay yalnız 150 manat məbləğində aylıq ödəniş edə bilər. Məhkəmədən borcun hissə-hissə ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, onun ailəsində 5 yetkinlik yaşına çatmayan övladı var, övladlarına lazımi qaydada baxa bilmir. Maşını olduğu zaman taksi fəaliyyəti ilə məşğul olub ailəsini birtəhər dolandırırdı. Əgər borclu bu gün ödəniş etsə tutulmasını istəmir, əks halda borclunun həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 2(050)-2553/2024 nömrəli, 19 sentyabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs “QAZ-3110” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 3900 (üç min doqquz yüz) manat pul cavabdeh Şəxs alınaraq iddiaçıya verilməlidir. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi pul vəsaitinin 64 manat hissəsi Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş borclu Şəxs Masallı rayon İcra və Probasiya şöbəsində verdiyi 28 fevral 2025-ci il tarixli izahatından görünür ki, bildirişi vaxtında almış, borcdan xəbərdardır, adaında olan əmlakı sataraq borcu ödəyəcək, onun buna imkanı çatır. İş materiallarında olan Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs ünvanlanmış 14 fevral 2025-ci il tarixli bildirişdən görünür ki, məhkəmə qətnaməsini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, "Oylmaşservis LTD" firmasında usta işlədiyi barədə məlumat tapılmış, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur. Lakin kimi icra məmuru tərəfindən borclunun mülkiyyətində əmlak olması ilə bağlı zəruri hesab olunan digər sorğuların nəticəsi əldə olunaraq iş materiallarına əlavə edilməmişdir. Bundan borclunun mülkiyyətində daşınmaz əmlak olub-olmaması ilə bağlı ərazi idarəsinə sorğu göndərilərək cavab alınmamışdır. Eyni zamanda iş materiallarında görünür ki, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən borclunun evində tələbin yönəldilə biləcəyi əmlakın müəyyən olunması üçün onun yaşadığı evə baxış keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, AZEMİS elektron məlumatlarına əsasən borclu rəsmi "Oylmaşservis LTD" firmasında usta işləyir, adından 6 torpaq sahəsi, 1 fərdi yaşayış evi və 3 nəqliyyat vasitəsi vardır. Göründüyü kimi tələbin yönəldilməsi üçün borclunun kifayət qədər əmlakı vardır. Lakin icra məmuru bununla bağlı heç bir tədbir görməmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar