Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-981/2025 25.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qıznın sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Xİ Tağım Baş yol Patrul xidməti inspektoru polis kapitanı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, Xİ Tağım Baş yol Patrul xidməti inspektoru polis kapitanı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-cı ildə Masallı rayonunda anadan olmuşdur. Hazırda da Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Etibarnamə əsasında idarə etdiyi ** YM *** dövlət qeydiyyat nişanlı avtomobili Masallı şəhəri, Əlibaba Əliyev küçəsində idarə edən zaman polis maşını ona işarə verərək saxlatdırmış və əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını yerinə yetirdiyini bildirmişlər. O, etiraz əlaməti olaraq protokola imza etməmiş və video inzibati xətanı törətməsinə dair videogörüntü tələb etmişdir. Lakin polis əməkdaşları ona inzibati xətanı törətməsi barədə videogörüntü təqdim etməmişlər. O, inzibati xəta törətməmiş, barəsində qəbul edilmiş qərar heç bir qanuna əsaslanmır. Əgər qanunu pozmağı barədə hər hansı bir sübutu varsa məhkəməyə təqdim edilməlidir. Qanunu pozsa belə Kamal Abıyevin ona protokol yazmağa səlahiyyəti yoxdur. O, ərazi aidiyyətini pozaraq, səlahiyyətlərini aşaraq ona qanunsuzcasına protokol yazmış və həmin protokol əsasında ədalətsizcəsinə qərar qəbul etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə “LADA LARGUS-KS045L-E1C-B1 ” minik markalı, ** YM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin YPX əməkdaşı tərəfindən saxlanılmasını özündə əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı “LADA LARGUS-KS045L-E1C-B1” minik markalı, ** YM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə YPX əməkdaşı tərəfindən saxlanılarkən, X1 tərəfdən düşərək, YPX əməkdaşı ilə söhbət etməsi, sonda isə YPX əməkdaşı tərəfindən barəsində inzibati xəta haqında protokol tərtib olunması müəyyən edilmişdir. CD diskə baxış keçirildikdən sonra münasibətinin aydınlaşdırılması ilə bağlı şikayət vermiş şəxs X2 verilərkən bildirmişdir ki, o, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğunu etiraf edir. Qeyd etdiklərinin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, CD diskə baxış keçirib iş materiallarını araşdıraraq, aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Masallı şəhər, Əlibala Əliyev 40 ərazisində “LADA LARGUS-KS045L-E1C-B1” minik markalı, ** YM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edlmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə keçirilmiş baxış zamanı “LADA LARGUS-KS045L-E1C-B1” minik markalı, ** YM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərək əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması, YPX əməkdaşı tərəfindən saxlanılması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Xİ Tağım Baş yol Patrul xidməti inspektoru polis kapitanı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-981/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-981/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver