Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-982/2025 14.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Qərardan şikayət verən X2 iştirakı ilə, X2 Masallı RPŞ-nın DYPB-nm inzibati tənbeh vermə haqqında 05 aprel 2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək Masallı RPŞ-nın DYPB-nm inzibati tənbeh vermə haqqında 05 aprel 2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı RPŞ-nın DYPB-nin inzibati tənbeh vermə haqqında 05 aprel 2025-ci il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda yalnız barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola istinad edilərək həmin gün saat 11:00-da Masallı - Yardımlı yolunun 10-cu km-də Mercedes benz C 240 minik markalı ** ZR *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən əks istiqnamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə İXM-nin 327.1-ci maddəsinin tələblərini pozması qeyd edilmişdir. Halbuki hadisə vaxtı idarə etdiyi avtomobillə Masallı şəhəri istiqamətində hərəkət etmək üçün Masallı-Yardımlı yolunun sağ tərəfindən yola çıxmaq istərkən uzaqdan Niva markalı avtomobilin əks istiqamətli yolla yüksək sürətlə gəlməsini görüb avtomobili Masallı- Yardımlı yolunun sağ tərəfində asvalt yoldan kənarda saxlamışdır. Qeyd olunan avtomobil isə Masallı-Yardımlı yolu ilə Yardımlı rayonundan Masallı rayon istiqamətində gəldiyindən yolun sol tərəfi ilə hərəkət etməli olduğu halda, yolun sağ tərəfi ilə yüksək sürətlə gələrək hətta yoldan kənarda saxladığı halda avtomobilini sol tərəfdən vurmuşdur. Həmin avtomobilin sağ tərəfi əzilmişdir. Bu hadisə yerindən olan fotoşəkillərdən də aydın görünür. Həmin fotoşəkillərdə də Niva markalı avtomobilin əks istiqamətli yolda tormoz verib hətta yoldan kənarda avtomobilini vurması əks olunmuşdur. Görünür ki, həmin avtomobili idarə edən şəxs onun avtomobilini nəinki əks istiqamətli yoldan hətta həmin yolun kənarına keçməklə ötmək istəmişdir. O, isə həmin vaxt hərəkətdə olmamaqla hadisədən yayınmaq üçün yolun sağ tərəfindən hətta yoldan kənarda istirahət mərkəzinin giriş hissəsinin yanında saxlamışdır. Yol polis əməkdaşı əsassız olaraq onun manevr etmə qaydalarını pozması qənaətinə gəlmişdir. Yuxarıda göstərdiyi kimi hadisə Niva markalı avtomobilin hərəkət istiqamətinin əks hissəsində olan yolun kənarında baş vermişdir. Normalda Niva markalı avtomobili idarə edən sürücü öz hərəkət zolağında qalmalı və o, onun hərəkət etməli olan yolunda olmadığından heç bir maneə görməməli idi. Amma o, ya sürətlə hərəkət etmiş, ya da idarəetməni itirib əks istiqamətli yolun kənarında onun idarə etdiyi avtomobili vurmuşdur. Hadisə vaxtı o, manevr etmək istəsə də, Niva markalı avtomobilin yüksək sürətlə hərəkət etməsini görüb bunu etməmiş, idarə etdiyi avtomobili Masallı- Yardımlı yolunun sağ kənarında istirahət mərkəzinin giriş qapısının ağzında saxlamaqla Niva markalı avtomobilin hərəkət etməli olduğu yola heç bir təsiri olmamış və qəzaya səbəb olmamışdır. Bu isə Niva markalı avtomobilin sürücüsünün ya diqqətsiz olmasını, ya da yüksək sürətlə idarəetməni itirməsini göstərir. Yol polisi əsassız olaraq onun manevr etməklə Niva markalı avtomobilin sürücüsünü çaşdırması qənaətinə gəlmişdir. Halbuki idarə etdiy avtomobil onun hərəkt etməli olduğu yolda ümumiyyətlə olmamışdır. Hadisəni görən şəxslər isə onun idarə etdiyi avtomobillə toqquşan Niva markalı avtomobilin həmin vaxt başqa bir ağ rəngli Niva markalı avtomobillə ötüşməsini bildirmişlər. Protokol tərtib edilərkən hüquqları və vəzifələri izah edilməmiş, protokola izahatlarını qeyd etməsinə şərait yaradılmamış, protokolun surəti ona verilməmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 100.1.7 və 100.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa barəsində olan protokolun müzakirəsində iştirakı təmin edilməmiş, izahatı dinlənilməmişdir. Bütün bunlar isə hüquqlarının və İXM-nin tələblərinin yol polisi tərəfindən pozulmasını göstərir. Heç bir inzibati pozuntuya yol vermədyi halda, inzibati qaydada cərimə edilməsi hesab edir ki, qanunsuz və əsassız olmaqla inzibati xəta hadisəsi və tərkibi olmadığı halda, inzibati tənbehə məruz qalmasıdır. Halbuki göstərilən hallar İXM-nin 53-cü maddəsində icraatı rədd edən hallar kimi nəzərdə tutulmuş və İXM-nin 105.1-ci maddəsinə əsasən belə vəziyyətdə icraata xitam verilməli idi. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş Masallı rayon Polis Şöbəsinin nümayəndəsinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfindən Masallı rayon Polis Şöbəsinə sorğu verilərək 05 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın tərtib olunmasına əsas olmuş materialların təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi tələb olunmasına baxmayaraq təmin edilməmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materialında əlavə edilmiş 05 aprel 2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Masallı RPŞ DYPB-nin rəisi polis kapitanı X4 tərəfindən X3 barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən Vahid Mirzəyev Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətan törətdiyinə görə 40 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilərək 05 aprel 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. 05 aprel 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-982/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-982/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver