Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-984/2023 05.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə. xx xxxx 1989-cu ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 22 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Masallı RPŞ-in İTB-in sahə rəisi Orxan Həsənov tərəfindən tərtib olunmuş 13 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 22 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş DİN-nin Masallı RPŞ-in İb-nin müstəntiqi, polis kapitanı Elvin Muradov tərəfindən tərtib edilmiş 15 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış HK-11485, HK-1\496, HK-11518, HK-1\519 və HK-1\520 saylı materialda hər hansı bir cinayət tərkibinin əlamətləri olması öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının CPM- nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs barəsində cinayət işinin başlanması rədd edilsin və Azərbaycan Respublikası İXM- in 157-ci və 232-1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-in İTB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X1 barəsində cinayət işinin başlanması rədd edilsin və Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-in İTB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanması rədd edilsin və Azərbaycan Respublikası İXM- in 232- 1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ- in İTB-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə olunmuş 14 aprel 2023-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd Çin istehsalı olan Redmi 11 markalı mobil telefonun ekranının bərpa dəyəri 150 manatdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri 13 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, 15 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli həcmində cərimə tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurmuş olduğu ziyanın iki misli həcmində, yəni 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-984/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-984/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver