Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-984/2025 25.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xİ tağım YPX inspektoru polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN BDYPİ-nin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xİ tağım YPX inspektoru polis baş serjantı X4 məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Ələt-Astara yolunun 143-cü kmdə “VAZ 21074” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs yanındakı sərnişin təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, həmin vaxt sürücü Şəxs gözlərinin qızarması və digər səbəblərdən onun narkotik sərxoşluq vəziyyətdə olması şübhəsi yarandığı üçün tibbi müayinəyə dəvət edilmişdir. Lakin Şəxs həkim müayinəsindən keçməkdən imtina etmiş və buna görədə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1ci maddəsi inzibati xətalar haqqında protokol tərtib edilərək aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə “VAZ 21074” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yanındakı sərnişinin təhlükəsizlik kəmərində istifadə etmədiyi üçün polis serjantı Vahid Hüseynov tərəfindən saxlanılmış, aralarında söhbət zamanı o, narkotik sərxoşluğu şübhəsi olduğunu və buna görə tibbi müayinədən keçməsini təklif etmişdir. O, öz növbəsində heç bir probleminin olmadığını həkim müayinəsindən keçməyə razı olduğunu bildirmişdir. Polis əməkdaşı onu və sərnişini yuxarı rəisinin qəbuluna aparmış, ordan çıxdıqdan sonra qapıda gözləmiş onunla gələn sərnişin yuxarı rəisinin otağında qalmışdır. 5-10 dəqiqə keçdikdən sonra yuxarı rəisin otağından səs-küy gəldiyini eşitmiş və otağa daxil olmuşdur. Bu zaman onunla gələn sərnişinin içəridə döyüldüyünün şahidi olmuşdur. Buna görə də o, tibbi müayinədən keçməkdən imtina etmişdir. Şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həkim müayinəsindən imtina etməmiş, sidik analizi verməkdən imtina etmiş, ağız suyundan analiz verməyi xahiş etmişdir. Lakin ona sidik analizi verilməli olduğu, digər analiz vasitələrinin olmadığı bildirilmişdir.O da sidik analizindən keçməkdən imtina etmişdir. Bundan başqa polis əməkdaşları onu saxlayan zamanı hansı şübhəli hərəkətlərinə görə sərxoşluq müayinəsinə keçməsini ona izah etməmişdir. Həmçinin onu da qeyd edir ki, o, Bakı şəhəri narkoloji xəstəxanasında xx.xx.2025-ci il tarixdə həkim müayinəsindən keçmiş və nəticə olaraq onda narkotik sərxoşluğu aşkar edilməmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xİ tağım YPX inspektoru polis baş serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:52 radələrində “VAZ 21074” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. xx.xx.2025-ci il tarixli, 000377 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həkim-narkoloq X5 tərəfindən “VAZ 21074” minik markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs müayinə edilən zaman sonuncu analiz verməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 3900 saylı aktdan görünür ki, Şəxs sidiyində narkotik və digər qanunla qadağan edilmiş maddə aşkar edilməmişdir. Məhkəmə iclasında CD diskə baxış keçirilən zaman Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsindən imtina etməsi müəyyən olunur. Eləcə də video faylda polis əməkdaşının Şəxs gözlərinin qızarması, göz altının qaralması, özünün hərəkətlərindən narkotik sərxoşluq vəziyyədə olması şübhəsi yarandığını izah etməsi, Şəxs həkim müayinəsində aparılan zaman sidik analizindən keçmək istəmədiyini ağız suyundan müayinənin aparılmasını tələb etməsini, həkim narkoloq tərəfindən ona sidik testi analizindən başqa digər analiz vasitələrinin xəstəxanalarında mövcud olmadığını bildirməsi müəyyən olunur. Elektron çıxarışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 atası X3r. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 343-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs xx.xx.2025-ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 3900 saylı aktı əsas gətirərək, özünü təqsirli bilməməsi barədə verdiyi izahata münasibət bildirərək qeyd edir ki, həmin aktın hansı şəraitdə alınması məlum deyil, eləcə də sözügedən akt inzibati xəta hadisəsinin baş verdiyi gündən 13 gün sonra alınmışdır ki, bu da məsələnin başqa tərəfidir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında alınmış 3900 saylı aktı qanunvericiliyin tələblərinə əsasən əldə edilmədiyi üçün mümkün sübüt etmə vasitəsi kimi qəbul etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 333-1.1-ci maddəsinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 343-1.1-ci maddəsinə əsasən 343-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Bakı Şəhər Yasamal rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-984/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-984/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver