Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-985/2025 17.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində masallı rayonu, Ərkivan qəsəbəsində sərxoş vəziyyətdə ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 17 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Masallı RPŞ-nin İTB-nin sahə polis nəfərləri Şahid1 və Şahid2 Masallı RPŞ-nin TB-də aparılan araşdırma ilə bağlı Masallı rayonu, Ərkivan qəsəbə sakini Şəxs izahatının alınmasından ötrü Masallı RPŞ-yə dəvət etmək məqsədi ilə sonuncunun yaşadığı ünvana getmişlər. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarını görərək uca səslə ünvansız söyüşlər söyərək, səs-küy salmış, polis əməkdaşları həmin şəxsə yaxınlaşıb, onu nizamintizama dəvət etsələr də, lakin Şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini təxminən 10-15 dəqiqə davam etdirdiyindən, o, polis əməkdaşları tərəfindən RPŞ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, anasına mobil telefon almaq üçün oğluna pul vermişdir. Oğlu mobil telefon alsa da, lakin anasına verməyək yaşadığı evdən çıxıb getmişdir. Dəfələrlə oğluna mobil telefonu anası üçün aldığını, gətirib təhvil verməsini bildirsə də, lakin oğlu mobil telefonu gətirmədiyindən DİN-nin 102 xidmətinə şikayət etmişdir. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində yaşdığı evdə olduğu vaxt iki nəfər polis əməkdaşı həyətinə gələrək müraciəti ilə əlaqədar Masallı RPŞ-nin TB-də aparılan araşdırma ilə bağlı izahatının alınması üçün onu Masallı RPş-yə dəvət etmişlər. Həmin vaxt sərxoş olduğundan özündən asılı olmayan səbəblərə görə əsəbilşərək ucadan ünvansız söyüşlər söyməyə başlamışdır. Bu zaman polis əməkdaşları yaxınlaşıb ictimai qaydanı pozduğunu bildirib onu nizam-intizama dəvət etsələr də, lakin öz qanunsuz hərəkətlərini davam etdirib, ictimai qaydanı pozduğuna və polis əməkdaşının qanuni tələblərinə məhəl qoymadığına görə onu Masallı rayon polis şöbəsinə aparmışlar. Etmiş olduğu əməldən səmimi peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Himayəsində yaşlı və xəstə anasıın olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid1 izahatında göstərdi ki, 04.2025-ci il tarixdə saat 14 radələrində Masallı RPŞnin İTB-in sahə polis nəfəri Şahid2 ilə birlikdə Masallı RPŞ-in TB-də aparılan araşdırma ilə bağlı rayonun Ərkivan qəsəbə sakini Şəxs izahatının alınmasından ötrü sonuncunun yaşadığı ünvana gedib, onu RPŞ- nə dəvət etmişlər. Bu zaman Şəxs sərxoş vəziyyətdə kəndin mərkəzi küçəsinə çıxıb, uca səslə ünvansız küçə söyüşləri söyməyə başlamış, ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə o və polis nəfəri Şahid2 dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də, lakin o, polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini təxminən 10-15 dəqiqə davam etdirdiyindən, onu RPŞ-yə aparmışlar. Qeyd edilən səbəblərdən barəsində raportla şöbə rəisinə məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün səmimi etirafı, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İşdə olan Masallı Rayon Məhkəməsinin 3(050)-326/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs sonuncu dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 17 aprel 2025-ci il tarixli, 93004309 saylı alkotestin nəticəsindən görünür ki, Şəxs 0,373% promildə alkoqolun miqdarı aşkar olunmuş, o, alkoqol sərxoşluğunda olmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, lakin polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə aparılması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-ninn 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh almıəş Şəxs eyni inzibati xətanı tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə və inzibati xətanı sərxoş halda törətməsini İXM-nin 33.1.7ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 17 aprel 2025-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Duniyev X4 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-985/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-985/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver