Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-987/2024 03.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev Rüstəm Firidun oğlunun iştirakı ilə, 12.01.1961-ci ildə Ağdam rayonu, Şelli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Şelli kəndində qeydiyyatda olan Əliyev Rüstəm Firidun oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən Əliyev Rüstəm Firidun oğlu barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 02 may 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP 6225601 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev Rüstəm Firidun oğlu 02.05.2024-cü il tarixdə saat 18:01 radələrində Ələt-Astara yolunun Masallı rayonu ərazisində “VAZ 21060 MİNİK” minik markalı, 10-GH-013 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Əliyev Rüstəm Firidun oğlu izahatında göstərdi ki, 15.05.2024-cü il tarixdə saat 18:01 radələrində idarə etdiyi “VAZ 21060 MİNİK” markalı, 10-GH-013 dövlət qeydiyyat nömrə nişanlı avtomobili hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Bununla bağlı onu qeyd edir ki, bir neçə gün əvvəl qohum yığıncağında narkotoik vasitə istifadə etmişdir. Lakin avtomobili idarə edən zaman narkotik vasitəsinin təsiri altında olmamışdır.Bununla belə o, əməlindən peşmandır. Bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Ailə vəziyyətini və gəlir yeri avtomobili olduğunu nəzərə alaraq barəsində cərimə cəzasının verilməsini xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. 02.05.2024-cü il tarixli, 155 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Əliyev Rüstəm Firidun oğlunun sidiyində narkotik vasitə metamfetamin (MET) və marixuan (THC) pozitiv aşkar olunmuş, o, narkotik sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan Ə №013693 saylı vəsiqədən görünür ki, Əliyev Firidun Rüstəm oğlu II qurup müharibə əlildir. Əliyev Rüstəm Firidun oğlu inzibati xəta törətməsi onun etirafedici (qismən) izahatı, inzibati xəta haqqında protokolla, 02.05.2024-cü il tarixli, 155 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu nəticəsi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev Rüstəm Firidun oğlunun əməlindən peşman olmasını və müharibə iştirakçısı olması onun məsuliyyətinin yüngülləşdirən halları kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev Rüstəm Firidun oğlu oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əliyev Rüstəm Firidun oğlu İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Əliyev Rüstəm Firidun oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Ağdam Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-987/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-987/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver