Məhkəmə qərarları › İş №3(050)-988/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-988/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-988/2024 04.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Masallı rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı Rəcəbli Azər Elxan oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənov Cavidan İsaq oğlunun iştirakı ilə, 16.06.1996-cı ildə Masallı rayonu, Ləngan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ləngan kəndində qeydiyyatda olmaqla yaşayan, Həsənov Cavidan İsaq oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Həsənov Cavidan İsaq oğlu barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 04 may 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP 6234492 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Həsənov Cavidan İsaq oğlu 04 may 2024-cü il tarixdə saat 21:40 radələrində Masallı rayonu, H.Əliyev pr-tində “VAZ 21043” minik markalı, 44-CC-139 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Protokolu tərtib etmiş şəxs Masallı rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı Rəcəbli Azər Elxan oğlu məhkəmə iclasında izahatında göstərdi ki, 04.05.2024-cü il tarixdə gecə saat 21:00 radələrində 44-CC-139 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücü onları gördükdə şübhəli hərəkətlər etmiş, daha sonra avtomobili yoldan kənar ərazidə saxlamışdır. Onlar sürücünün hərəkətlərindən şübhələndikləri üçün onun avtomaşınına yaxınlaşmışlar. Həmin vaxt maşının kim tərəfindən idarə olunması onlara aydın olmadığına görə nəqliyyat vasitəsində olan iki nəfərdən maşının kimin tərəfindən idarə edilməsini soruşmuşlar. Həmin iki nəfərdən biri Həsənov Cavidan İsaq oğlu və digər şəxs qarşılıqlı olaraq maşının kimin sürməyi ilə bağlı mübahisə etmişlər. Daha sonra Cavidan avtomaşının onun tərəfindən idarə olunmasını etiraf etmişdir. Bununla bağlı videoçəkiliş də olmuşdur. Onlar sürücünün hərəkətlərinə görə onu alkoltestin müayinəsindən keçirmiş, yoxlama zamanı alkoqollu içkidən istifadə etməsi müəyyən edilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Həsənov Cavidan İsaq oğlu izahatında göstərdi ki, 04.05.2024-cü il tarixdə gecə saat 21:00 radələrində 44-CC- 139 dövlət qeydiyyat nömrə nişanlı avtomobili həqiqətən də o idarə etmiş, həmin vaxt polis tərəfindən alkoltestin müayinəsindən keçirilmiş və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Əməlindən peşman olmuş, bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir.Odur ki, barəssində cərimə cəzasının tətbiq edilməsini xahiş etdi. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 642024 saylı alkotesterin nəticəsindən görünür ki, Həsənov Cavidan İsaq oğlunda 0,418% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həsənov Cavidan İsaq oğlu inzibati xəta törətməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətini təyin edilməsi barədə alkoltesterin nəticəsi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Həsənov Cavidan İsaq oğlunun əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Həsənov Cavidan İsaq oğlunun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Həsənov Cavidan İsaq oğlu İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Həsənov Cavidan İsaq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar