Məhkəmə qərarları › İş №3(050)-995/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-995/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-995/2023 05.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən 2.000 (iki min) manat məbləğində cərimə edilmişdir. Onun əməlində göstərilən inzibati xəta əməlinin tərkibi olmadığı üçün mövcud qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, qeyd olunan inzibati xətanı törətməmişdir. Onun Masallı şəhəri ərazisində 0.06 ha torpaq sahəsi vardır və qeyd olunan ağacı özünə məxsus torpaq sahəsində əkmişdir. 22-24 aprel 2023-cü il tarixlərində Cəlilabad və Masallı rayonu ərazisində baş vermiş güclü tufan, qasırğa və külək nəticəsində xeyli sayda ağaclar aşaraq məhv olmuş, təsərrüfatlar dağılmış və obyetklərə külli miqdarda ziyan dəymişdir. Eyni zamanda onun torpaq sahəsində yerləşən ağaclara və obyektlərə ziyan dəymişdir. Qeyd olunan ağac aşaraq onun torpağında yerləşən bisetkanın üzərinə yıxılmış və əmlakına ziyan dəymişdir. Bununla bağlı dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Masallı rayonunda sahə rəisi vəzifəsində işləyən Oktay müəllimə istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng vuraraq ağacın aşmasını bildirmişdir. Sonuncu ona rayon ərazisində təbii fəlakətlə bağlı xeyli ağacın aşmasını, buna görə də ağacın götürülməsinin mümkün olmadığını və yalnız öz hesabına aradan qaldırılmasının mümkün olduğunu bildirmişdir. Bundan sonra o, da obyektinin təhlükəsizliyini təmin etmək üçün həmin ağacı öz vəsaiti hesabına kəsərək yerə yıxmışdır. Hazırda da əmlakına dəymiş zərər olduğu kimi qalmış və ağacda həmin yerdədir. O, ağacdan istifadə etməmişdir, yandırmamışdır və olduğu kimi qalmışdır. Sadəcə əmlakın ziyan vurduğu üçün məcbur olub aşmış ağacı kəsmişdir. Əgər həmin ağac əmlakının üzərində qalmış olsaydı bu zaman onun əmlakına zərər dəymiş olacaqdı və həmin zərəri heç kim ona ödəməyəcəkdi. Əgər ekologiya idarəsinin mütəxəssisləri hadisə yerinə baxış keçirərsə bu zaman ağacın onun əmlakının üzərinə aşmasını təsdiq edəcəklər. Bisetka hazırda yararsız vəziyyətdədir. Ağac aşması nəticəsində müəyyən hissədə dağılmışdır və baxış keçirilərsə, bu zaman ağacın aşması və izlərinin qalığı aşkar olunacaqdır. Yəni qeyd olunan ağacı o, kəsməmişdir. Təbii fəlakət nəticəsində ağac aşmış və ona ziyan dəymişdir. O, aşmış ağacı əmlakına ziyan vurmasın deyə kəsmişdir və ağacın kökləri hazırda yerindədir. O, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına vətəndaş kimi sadəcə köməklik etmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X3 məhkəmədə şikayətin məzmununa uyöun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd edilən ağacın yerləşdiyi torpaq sahəsi şəxsi torpaq sahəsidir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, sürcülüklə məşğuldur. 22-24 aprel 2023-cü il tarixlərdə Elşənə məxsus torpaq sahəsində ağacın aşdığı yerə çay içməyə getmiş və güclü külək olduğu üçün ağac aşmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 Salman oğlu ifadəsində bildirdi ki, 22-24 aprel 2023cü il tarixlərdə Elşənə məxsus torpaq sahəsində ağacın aşdığı yerə çay içməyə getmiş və güclü külək olduğu üçün ağac aşmışdır. Məhkəmə şikayətçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli və 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İş materiallarında olan 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X2 ünvanladığı 25 may 2023-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu Dadva yaşayış massivində torpaq sahəsində xx.xx.2023-cü il tarixdə qovaq cinsindən olan 44 sm dən-də 1 (bir) ədəd köküstə yaş ağacı qanunsuz olaraq kökündən kəsilməsi faktı ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə uyğun olaraq barəsində tərtib edilmiş 10 may 2023-cü il tarixli 78995 saylı akt, MN No ******* saylı inzibati protokol və toplanmış sənədlər əsasında 25 may 2023-cü il tarixdə İdarədə MN ******* saylı Qərarı ilə barəsində inzibati qaydada fiziki şəxs qismində 2000 (iki min) manat cərimə tətbiq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq 2000 (iki min) manat cərimə və 600 (altı yüz) manat təbiətə dəymiş ziyanın məbləğini könüllü olaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Benifesiar (alan) bank: Adı: DXA; kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ**********000003944; S.W.İ.F.T. BİK;CTREAZ22 Alan müştəri: Adı: 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hesab: NoAZ02CTRE********************; VÖEN: ********** Təsnifat kodu: 142582, səviyyə kodu 3 hesabına ödəməyini və qərarın icra olunması barədə İdarəyə məlumat verməsini məqsədǝmüvafiq hesab edilmişdir. Əks təqdirdə həmin Qərar məcburi icra olunması üçün aidiyyəti üzrə müvafiq icra orqanlarına göndəriləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Axar.az” xəbər saytından xx.xx.2023-cü il tarixli xəbər çıxarışından görünür ki, Masallıda qasırğa və leysan baş vermiş, 30 evə ziyan dəymişdir. Masallı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən əhaliyə dəymiş ziyan hesablanır. İş materiallarında olan Masallı RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 iyul 2023-cü il tarixli, 1678 nömrəli arayışından görünür ki, 21 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixə keçən gecə Masallı şəhəri ərazisində qeyrisabit hava şəraiti nəticəsində güclü külək baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində qeyd edilmişdir ki, Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə-fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda və sair hallarda. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermiş olması üçün şəxsin müvafiq icra hakimiyyəti orqanın qanuni tələblərini və ya qərarlarını yerinə yetirməməsi halı mövcud olmalıdır. Həmçinin bunun üçün ilk növbədə həmin şəxsin orqanın tələblərini rəsmi qaydada alması və tələbdəki göstərişlər ilə tanış olmuş olması mütləqdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından həmin göstərişin X2 rəsmi qaydada verilmiş olmasını sübut etmək vəzifəsini inzibati orqan daşıyır. Lakin orqan tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, inzibati qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə ki, 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, Masallı rayonu Dadva yaşayış massivində torpaq sahəsində qovaq cinsindən olan 44 sm-dən 1 ədəd köküstə yaş ağac qanunsuz olaraq kökündən kəsilmişdir. Lakin protokola digər zəruri sənədlər, sübutlar, müayinə aktı, maddi sübutlar, yerli baxış aktı, kəsilməsi qeyd edilən ağacın yerləşdiyi torpaq sahəsi barədə sənəd (meşə fonduna aid olub-olmaması, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşməsi, mütəxəssis rəyi, ağacın kəsilməsi faktını sübut edə biləcək sübutlar əlavə edilməmiş, ağacın X3 tərəfindən hansı tarixdə, hansı şəraitdə kəsilməsi tam hərtərəfli araşdırılmamış, qərar əsaslandırılmamış və inzibati xəta hadisəsi müəyyən və sübut edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0 maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 77.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. 78.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. 78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. 80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 80.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul etməlidir. 81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 99.3-1. Bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin mövcudluğu ilə bağlı bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün zəruri məlumatları toplayaraq ərazi üzrə müvafiq hərbi prokurora göndərir. 99.4. İnzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. 99.5. Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir. 99.6. İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadın surəti bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən məlumatları vermiş şəxslərə göndərilir. 99.7. Bu Məcəllənin 40.0.2 – 40.0.3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadından onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə şikayət verilə bilər. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş 25 may 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar