Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-997/2023 18.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakimi Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, xx.xx.1974-cü ildə Masallı rayonu, Böyük Kolatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu, Böyük Kolatan kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə xx.xx.2023-cü il tarixli, seriya AP, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolda Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində idarə etdiyi “Mercedes” markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə etdiyi qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəməyə ərizə və xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolu təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:45-də **-ZC-*** dövlət qeydiyyat nömrəli “Mercedes” avtomobil ilə hərəkət edərkən Masallı rayonu, Heydər Əliyev prospektində polis əməkdaşları maşınını dayandırıb, əsassız olaraq içkili avtomobil idarə etdiyi üçün RPŞ-yə aparmışlar. Xəstəxanada müayinə olunmasını təklif etsədə, onu müayinədən keçirməmişlər. Öz hesabına X1 2 saat ərzində müayinədən keçmiş və heç bir alkoqol sərxoşluğu müəuyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli, seriya AP, ******* saylı inzibati xəta haqqında protokoldan göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:45 radələrində idarə etdiyi “Mercedes” markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən imzalanmamış, onun protokolu imzalamaması barədə protokolda hər hansı bir qeydiyyat aparılmamışdır. 00398 saylı alkotesterin nəticəsindən görünür ki, 0,436% alkoqol sərxoşluğu aşkar olunmuş, alkotesterin nəticəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tanış edilməsi, onun buna münasibəti, ümumiyyətlə aparılmış yoxlama ilə bağlı onun tərəfindən hər hansı bir qeydiyyat aparılmamışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanası tərəfindən Şəxs adına verilmiş sərxoşluq hallarının bütün növərinin təyini məqsədi ilə aparılan 11 iyun 2023-cü il tarixli, 132 saylı tibbi müayinə protokolunun nəticəsindən görünür ki, həkim-narkoloq A.Əkbərova tərəfindən xx.xx.2023cü il tarixdə saat 13:00 radələrində xx.xx.1974-cü il təvəllüdlü Şəxs öz şəxsi təşəbbüsü ilə tibbi müyinəyə cəlb edilmiş, yoxlama nəticəsində alkoqol sərxoşluğunun dərəcəsi 0,00%, yəni alkoqol sərxoşluğunun olmaması, ayıq olması müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və məhkəməyə təqdim edilmiş sənədi nəzərdən keçirərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli Qəraraı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir (bənd 2.5, 2.6, 2.7, 3.1). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcələnin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci mаddəsinə əsаsən bu Məcəllə ilə qorunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd olаn, təqsirli sаyılаn (qəsdən və yа ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb olаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb olunur. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3.-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4.-cü madəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. 105.1.maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan normativ hüquqi aktların imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-997/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-997/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver