Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-998/2023 21.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X5 məhkəmə iclasında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə və Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində qonşusu Şəxs tərəfindən döyülərək, xəsarətlər almasını bildirmişdir. Zərərçəkmiş şəxs ilə Şəxs qonşudur. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Ərkivan Qəsəbəsində tərəflər arasında şəxsi münasibətlər zəmində mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya sol yanağın iç hissəsinə qansızma ilə nəticələnən xəsarət yetirmişdir. Fakt şahidlərdən alınmış izahatlar və ekspert rəyi ilə sübuta yetirilmişdir. Aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasından ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs həyətyanı sahəsinə suladıqdan sonra həyətinin suları onun həyətinə axdığı üçün o, Mikayıla bir neçə dəfə xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixdə Mikayıl yenidən suyu həyətyanı sahəsinə buraxdığı üçün o, Mikayılın həyətinə gedərək onu yanına çağırmışdır. Həmin vaxt Mikayıla suyu hansı səbəbdən onun həyətinə buraxdığını soruşmuşdur. Həmin vaxt Mikayıl ona “əcəb edirəm, əlindən nə gəlirsə et” deyərək onunla mübahisə etməyə başlamış və yerdə olan dəmir parçasını götürərək onu vurmaq istəmişdir. Lakin, sonradan dəmir parçasını götürməmiş və telefonunu götürərək DİN-nin 102 xidmətinə zəng etmişdir. O, Mikayılı vurmamışdır. Mikayılın onun barəsində dedikləri şər və böhtandır. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır. Şəxs onun qonşusudur. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şəxs həyətyanı sahəsinə əkdiyi ağacların budaqları onun həyətyanı sahəsinə keçdiyi üçün ağacların yarpaqları onun həyətinə tökülmüşdür. O, da bu səbəblə bir neçə dəfə Saildən həmin ağacları budamasını xahiş etmişdir. Sail hər dəfə ona söz versə də ağacları budamamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, həyətyanı sahəsində tökülən ağac yarpaqlarını təmizlədikdən sonra həyəti su ilə yumuşdur. Həmin su axaraq həyətin giriş qapısının yaxınlığında kiçik gölməçə yaratmışdır. Sonradan həmin gün o, həyətyanı sahəsində həyat yoldaşı X2 ilə birlikdə əyləşən zaman Şəxs həyətə daxil olaraq onu küçəyə çaxırmışdır. O, Saildən həyətə gələrək sözünü düməsini xahiş etmişdir. Sail onu təkrar çağırdıqdan sonra o, hörmət əlaməti olaraq Sailin yanına getmişdir. O, çatdıqdan sonra Sail ona suyu onun qapısına buraxmağının səbəbini soruşmuşdur. O, da Sailə həyəti yuduğunu və qısa zamanda suyun quruyacağını bildirmişdir. Həmin vaxt Sail onunla mübahisə etməyə başlamışdır və onun ünvanına nalayiq ifadə işlədərək söymüşdür. O, da Sailin söydüyü söyüşü özünə qaytardıqda, Sail onun sol yanaq və dodaq nahiyyəsinə bir neçə dəfə yumruqla vuraraq xəsarətlər yetirmişdir. O, da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs qanunamüvafiq qaydada cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin TB toplanmış xx.xx.2023-ci il tarixli, HK-1/1529 nömrəli nömrəli material uzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməs üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X1 X6 487 nömrəli rəyində göstə\rilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol yanağın iç hissəsinə qansızma müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-998/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-998/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver