Məhkəmə qərarları › İş №3(050)-999/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-999/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-999/2023 21.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakı ilə, xx xxxxxxx 2002-ci ildə Yardımlı rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şıxlar kəndində yaşayan, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 20 iyun 2023-cü il tarixdə ucadan ünvansız söyüş söyməklə ictimai qaydanı pozmuşdur. Bundan əlavə X9 eyni tarixdə Masallı RPŞ-in əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. X9 bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə tanışı ilə Masallı şəhəri H.Əliyev parkının yaxınlığında yerləşən kafedə pivə, noxud və pendir sifariş edib içmişlər. Yeyib içdikdən sonra hesabı istəmişlər. Hesabları 14 manat olmuşdur. Üzərində pul az olduğundan 7 manatını kafe sahibinə vermiş, qalan hissəsinidə sabah gətirib verəcəyini bildirmişdir. Lakin kafe sahibləri onun bu təklifi ilə razı olmamışlar, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı kafe sahibləri onu söymüşlər, oda həmin şəxsləri söymüşdür. Bu zaman anasıda oraya gəlmişdir. Daha sonra kafedən küçəyə çıxmışdır. Bu zaman iki nəfər şəxs ona yaxınlaşaraq onu vurmuşlar. Həmin şəxslər kafeni işlədən şəxslər olmuşlar. Belə ki, o, kafedən çıxdığı zaman kafedə bir xanımın əgər hesabı ödəmirsə o zaman onu döyün ödəşin demişdir. Onu döydükləri vaxt oda onlara qarşılıq vermişdir. Daha sonra anası polisə zəng vurmuş oraya polis əməkdaşları gəlmişdir. Lakin həmin vaxt artıq həmin şəxslər oradan uzaqlaşmışdılar. Polis əməkdaşları gəldikdən sonra onu polis şöbəsinə dəvət etmişlər, o, isə polisin tələblərinə tabe olmayaraq polis şöbəsinə getməyəcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları onu polis maşınına mindirərək şöbəyə aparmışlar. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində Masallı RPŞ-nin PPXB-nün polis nəfəri X11 ilə Masallı şəhəri H.Əliyev prospektində xidmətdə olarkən həmin ərazidə yerləşən “Mübarək” şadlıq sarayının qarşısında bir nəfər şəxsin bir neçə şəxslə mübahisə etdiyini görüb, onlara yaxınlaşmışlar. Həmin vaxt orada mübahisə edən şəxslər adını sonradan bildikləri X4 onların yaşadıqları evlərin qarşısında sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq ifadələr işlədərək, onların rahatlığını pozduğunu bildirmişlər. X15 həqiqətən sərxoş olduğunu, üst başının cırıldığını görmüşlər, ona ictimai yerdə ucadan nalayiq ifadələr işlətməyin inzibati xəta olmasını izah edərək nizam intizama dəvət etmişlər. Lakin P.Ağayev onların qanuni tələblərinə qəsdən tabe olmayaraq ətrafda olan insanları diqqətini özünə cəlb edərək öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onlar yaxınlıqda xidmət aparan polis əməkdaşlarını köməyə çağırmışlar. Onlara köməyə yaxınlaşan polis nəfərləri X3 və X1 ilə P.Ağayevi RPŞ-nə gətirmişlər. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Rac Səfərov tərəfindən 20 iyun 2023-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, X9 20 iyun 2023-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X6 inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə X9 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 20 iyun 2023-cü il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. X2 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar