Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-1/2023 27.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 692 ABŞ dolları məbləğində pul və dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi haqqında Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(009)- 2173/2019 №-li icra sənədinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Şəxs barəsində xx.xx.2021-ci ildə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. İş materialları ilə müəyyən edildi ki, Şəxs barədə inzibati xəta haqqında protokol xx.xx.2021-ci ildə tərtib edilmişdir, lakin o, məhkəməyə gəlmədiyinə və işə onun iştirakı olmadan baxılması mümkün olmadığına görə məhkəmə 3(051)-357/2021 №-li 30 mart 2021-ci il tarixli “Məhkəməyə gətirilmə haqqında” qərar qəbul etmiş və qərar icra olunması üçün Mingəçevir şəhər polis şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsində göstərilir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında işlər üzrə icraata başlana bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göstərilənlərə əsasən hesab edirəm ki, qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb olunmamalı və barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb olunma müddəti ötdüyünə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-1/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-1/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver