Məhkəmə qərarları › İş №3(051)-1/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-1/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-1/2025 14.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Səmədov X1 Şəhər Məhkəməsinin 2(051)- 2639/2014 saylı xx.xx.2014-cü il tarixli, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi borcunun tutulması haqqında **********967300 saylı xx.xx.2021-ci il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-373/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə ödənilməmiş 4673.59 manat borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, borcu ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxs qaçıb gizlənsə də, inzibati xətanın törədildiyi vaxtdan bir ildən çox müddət keçmişdir. Ona görə də onun inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar mövcuddur. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2639/2014 saylı xx.xx.2014-cü il tarixli, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi borcunun tutulması haqqında **********967300 saylı xx.xx.2021-ci il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-373/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə ödənilməmiş 4673.59 manat borc Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2639/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, borclu Şəxs 1513 manat 83 qəpik əsas borcun, 489 manat 79 qəpik faiz borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun alınıb “Kapital Bank" ASC-yə ödənilməsi əmr verilmişdir. İşdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi borcunun tutulması haqqında **********967300 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs tərəfindən əsas vergi üzrə 647,76 manat, faiz üzrə 237,08 manat olmaqla, ümumilikdə 884.84 manat məbləğində borc ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarı xx.xx.2021-ci il tarixdən icraya yönəldilməsi, 884.84 manat vergi borcu məbləği Şəxs məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-373/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1501,59 (bir min beş yüz bir manat əlli doqquz qəpik) manat əsas borc və 233,14 (iki yüz otuz üç manat on dörd qəpik) manat faiz borc olmaqla, cəmi 1734,73 (bir min yeddi yüz otuz dörd manat yetmiş üç qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat alınıb iddiaçı Zərərçəkmiş şəxs3 ASC-yə verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2023cü il tarixli icraatın birləşdirilməsi haqqında qərarından görünür ki, iş üzrə borclu Şəxs borclu olduğu icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-876/2023 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olduğu yer müəyyən edilənədək inzibati xəta haqqında işin icraatının dayandırılması qərara alınmışdır. İşdə olan Migəçevir ŞPŞ-nin rəisi Ədalət Əliyev tərəfində xx.xx.2023-cü il tarixdə verilmiş 2-97863\23 nömrəli məktubdan görünür ki, barəsində gətirilmə qərarı verilmiş, F.Əzimov küçəsi, ev 7, mənzil 10 ünvanında qeydiyyatda olan Şəxs aparılmış yoxlama protokoluna əsasən həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Ona görə də onun Mingəçevir şəhər Məhkəməsinə gətirilməsi təmin edilməmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-1/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs olduğu yer müəyyən edilənədək xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında işin icraatı dayandırılmışdır. İnzibati xətanın xx.xx.2023-cü il tarixdə törədildiyini nəzərə alsaq, hazırkı vaxtda inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətadan Azərbaycan Respublikası İXM–in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 53.1.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar