Məhkəmə qərarları › İş №3(051)-10/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-10/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-10/2021 26.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Mingəçevir şəhər İcra şöbəsinin icra məmuru X3, və borclu Şəxs iştirakı ilə, xx xxxx 1979-cu ildə Mingəçevir şəhəri doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 mənzil 35 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Məhkəmənin qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və məhkəmə iclasının qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-4318 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 80 manat miqdarında aliment alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Belə ki, o qətnaməni icra etməkdən boyun qaçırmır. Artıq altı aydır işləmədiyi üçün əmək haqqından tutulmanın aparılması mümkün olmamışdır. Lakin protokol məhkəməyə verilənə kimi borcunu ödəmişdir. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Mingəçevir şəhər İcra Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-4318 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 80 manat miqdarında aliment alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Borclu qətnaməni lazımi qaydada icra etməmiş və borcu yaranmışdır. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən icra etməməsi müəyyən olunmadı. Belə ki, iş materialları və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs hazırda işləmir, lakin borcunu ödəmişdir. Şəxs borcunu qərəzli icra etməməsi müəyyən olunmamışdır. Bundan əlavə iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən göstərilən hallar tam araşdırılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, X.Məmmədovanın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. X.Məmmədovun əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilıir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar