Məhkəmə qərarları › İş №3(051)-10/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-10/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-10/2024 05.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 28 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(051)-1149/2019 saylı icra sənədi üzrə tutulmalı olan 26000 manat borc məbləğindən hal-hazırda 6830 manat pul Şəxs tərəfindən ödənilməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmişdir və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Zeynalov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O borcundan müxtəlif vaxtlarda 3800 manat ödəmiş, hazırda isə onun 3030 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(051)-1149/2019 saylı icra sənədinə əsasən onun Zərərçəkmiş şəxs 6830 manat borcu yaranmışdır. Müxtəlif vaxtlarda borcundan ödənişlər etmiş, hazırda isə 1700 azn, ümumilikdə isə 3800 azn ödəniş etmişdir. Məhkəmədən yayınmır o, işlədiyi üçün məhkəmə iclasına gələ bilməmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq, ona borc məbləğini tam ödəməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, borclu borcunu ödəməkdən yayınır. Borcunun hissə-hissə ödənilməsinə razı deyil. Tam ödənilməsini xahiş edir. Odur ki, Şəxs vaxt verilməsinə etiraz edir, belə ki vaxt verilərsə yenə təyin edilmiş məhkəmə iclasına gəlməyəcək, beləliklə borcunun ödənilməsi gecikəcəkdir. Məhkəmədən borclunun barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mingəçevir şəhər Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(051)-1149/2019 saylı icra vərəqəsi üzrə ümumilikdə 6830 manat pul borcu yaranmışdır. Mingəçevir şəhər Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(051)-1149/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 26000 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(051)-1149/2019 saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Borclu Şəxs məhkəmə iclasından yayındığı üçün barəsində xx.xx.2023-cü il tarixli məcburi gətirmə qərarı çıxarılmışdır, borclu Şəxs olduğu yer müəyyən edilənə və o, məhkəmə iclasına gətirilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Polis Şöbəsinin Mənzil Kommunal İstismar Sahəsinin 60 nömrəli xx.xx.2024-cü il tarixli şifahi sorğuya cavab olaraq bildirmişdir ki, Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrdə Şəxs adlı şəxs yoxdur və yaşamır. İşdə olan icra məmuru tərəfindən məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, Şəxs borcundan xx.xx.2023-cü il tarixində 800 manat, xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2024-cü il tarixində 300 manat və xx.xx.2024-cü il tarixində 1700 manat pul ödəməklə, cəmi 3800 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, ərizə, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş pul öhdəliyini yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1149/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməmişdir. O, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar olmadığından, məcmu sübutları qiymətləndirərək, eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs məhz məhkəmə iclası zamanı borcundan 1700 manat, ümumilikdə 3030 azn ödəniş etməsi sonuncunun hazırkı inzibati məsuliyyətdən azad olmasına əsas vermir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 05 fevral 2024-cü il tarixdən saat 16:20-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar