Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-100/2023 30.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxslər: X7, X4, Mingəçevir ŞPŞ İTB-nın sahə rəisi X5 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs oğlunun iştirakı ilə xx.xx.1983-ci il tarixdə Mingəçevir şəhərində, doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanında baldızı X7 ilə aralarında yaranmış mübahisə zamanı X6 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüş və barəsində xx.xx.2023-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanında qaynanası X4 ilə aralarında yaranmış mübahisə zamanı X2 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüş və barəsində xx.xx.2023-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs oğlunun həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin, izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həyat yoldaşı X10 ona hər ay 390 manat aliment ödənişi etməli idi. O, alimenti ödəmədiyi üçün və maddi cəhətdən əziyyət çəkdiyi üçün xx.xx.2022-ci il tarixdə saat 12 radələrində onun yaşadığı ünvana getmişdir. Qapını döymuş, ilk öncə qapını heç kim açmamış həmin vaxt əsəbiləşib təpiklə qapıya bir dəfə zərbə vurmuşdur ki, qapı açılsın. Sonra isə 102 xidmətinə zəng etmişdir. Sonra baldızı İlqarə Cəfərova qapını açmış və nə işi olduğunu orada nə etdiyini soruşduqda ona alimenti ödəmələrini demişdir. Bu zaman o, ona qarşı nalayiq ifadə işlədərək aliment verməyəcəyini demişdir. Həmin vaxt isə o, qızını içəriyə doğru keçirmək istəmişdir ki, uşağını atası özü saxlasın o, baxa bilmir. Bu zaman İlqarə qızının qış ködəkçəsindən tutub çölə çıxarmaq istəyərkən, ona “sən kimsən ki, qızımı qeydiyyatda olduğu ünvandan çıxarırsan deyib” sağ dirsəyi ilə zərbə vurmuşdur. Lakin İlqarə buna baxmayaraq qızını və onu içəriyə buraxmamışdır. Həmin vaxt ona polis şöbəsindən zəng gəlmiş və o, telefona cavab verərkən İlqarə qapını bağlamış, bir qədər sonra isə polis əməkdaşları oraya gəlmiş və o, İlqarənin şikayət etdiyini bilmişdir. Bundan başqa isə həmin günün səhərisi axşam saat 18 radələrinə qədər gözləmişdir ki, bəlkə alimenti ödəyərlər. Lakin ödəniş olmadığı üçün o, yenə oraya getmiş və qapını döymüşdür ki. alimenti versinlər onlar qapını açmadığı üçün onları sözlə hədələyərək alimenti verməsələr onlar üçün yaxşı olmayacağını bildirmişdir. O, Züleyxa isayevanı vurmadığını bu barədə yalan deyildiyini, İlqar İsayevdən aliment borcunun ödənməsini tələb etdiyini bildirmişdir. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı izahatında göstərdi ki, qardaşı ilqar Ramilə ilə ayrı yaşasalarda Ramilə onu məhkəməyə vermiş və aliınent tələb etmişdir. Məhkəmənin qərarı ilə 390 manat aliment ödənişi qardaşı ilqar ödəməlidir. Lakin qardaşı İlqar xəstəliyi ilə əlaqədar alimenti ödəyə bilmir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində qapıları möhkəm döyülməyə başlamış, gözlükdən baxdıqda Ramilənin gəldiyini görmüşdür. Ramilədən nə istədiyini soruşduqda o, onu təhqir edərək qapını açmağını bildirərək təpikləməyə başlamışdır. Bu zaman evdə olan qohumları İkram ona qapını açmağını bildirmiş, o, qapını açan zaman Ramilə üzərinə hücum etmiş və uşağı verərək onda alın uşağı baxın demişdir. O, isə uşağı geri qaytardıqda Ramilə onun sinə nahiyəsindən iki dəfə zərbə vurmuş, bu zaman qapını bağlamaq istədikdə anası yaxınlarına gəlmiş və bu zaman Ramilə əli ilə anasının da qoluna vurmuş və anası yıxılmışdır. Sonra isə İkram araya girmiş və qapını bağlamışdır. Daha sonra isə polisə müraciət etmiş və polis əməkdaşları oraya gəldikdən sonra mübahisə sakitləşmişdir. Həmin günün səhərisi isə axşam saat 18 radələrində Ramilə yenə evə gəlmiş və qapını döyərək onları öldürəcəyi ilə hədələmiş və alimenti verməsələr onlar üçün yaxşı olmayacağını demişdir. O, bundan sonra yenə də 102 xidmətinə müraciət etmiş və polis əməkdaşları gəldikdən sonra bu barədə də ərizə yazmışdır. O, Ramilənin onu sinə nahiyəsindən vuraraq xəsarət yetirdiyini, onun Ramiləyə xəsarət yetirmədiyini, mübahisə zamanı o və anası Züleyxanın xəsarət aldığını, xx.xx.2022-ci il tarixdə isə Ramilənin yenə onların yaşadığı ünvana gələrək onu oğluna öldürdürəcəyini deyərək sözlə hədələmişdir. O, Ramilədən, hadisə ilə əlaqədar şikayətçi olduğunu bildirmişdir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı eynizməzmunlu izahat verərək İlqarə Cəfərovanın izahatında göstərdiyi xüsusatları təsdiq etmiş, Şəxs ona və qızına xəsarət yetirdiyi üçün ondan şikayətçi olduğunu bildirmişdir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Mingəçevir ŞPŞ İTB-nın sahə rəisi X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, zərərçəkənlər Züleyxa və İlqarə hadisə ilə bağlı 102 xidmətinə zəng vurmuşdur. Təhqiqat qrupu hadisə yerinə getmiş yerindəcə izahatını almışdır. Daha sonra təhqiqatçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəraradan sonra inzibati xəta haqqında iş ona keçmişdir. O, da protokol tərtib edən zaman Ramiləni çağırıb dindirmişdir. Daha sonra Ramilə barəsində inzibati xəta haqqında maetiral toplanmış və baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 718 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər sol bazu nahiyyəsində qançırlar küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərlən xx.xx.2022-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan xx.xx.2022-ci il tarixli, 728 saylı ekspert rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs həyat yoldaşı X10 ona hər ay 390 manat aliment ödənişi etməlidi imiş. O, alimenti ödəmədiyi üçün və maddi cəhətdən əziyyət çəkdiyi üçün xx.xx.2022-ci il tarixdə saat 12 radələrində onun yaşadığı ünvana getmiş, qapını döydüyü üçün orada mübahisə yaranmış və həmin vaxt İlqarə Cəfərovanın sinə nahiyəsinə zərbə vurmuş, bundan başqa orada olan onları ayırmağa çalışan Züleyxa İsayevanı da sol qoluna xəsarət yetirmiş, bundan sonra səhəri gün isə yenə də həmin ünvana gedərək alimenti bir daha tələb etmiş və yaranmış mübahisə zamanı alimenti verməsələr yaxşı olmayacağını demiş, bu səbəbdən də DİN-nin 102 xdimətinə həmin tarixlərdə müraciətlər olunmuşdur. Bununlada müəyyən olunmuşdur ki, Şəxs oğluqızı zərərçəkmiş şəxsləri döymüşdür. Bununlada Şəxs Bu hərəkətləri ilə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, işdə olan sənədlərlə, zərərçəkmiş şəxslərin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Eləcə də, Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-100/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-100/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver