Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-1000/2025 15.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri Təbriz küçəsində idarə etdiyi avtomobili saxlamaq istəyən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəmə iclası zamanı prtokola uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, həmin gün o, evə qayıdarkən işıq cihazlarını işlək vəziyyətdə qoymuşdur. Qarşıda olan polis əməkdaşları ona saxla əmrini verdilər. O, isə maşını sürüb getdi. Sonra gördü ki, polis əməkdaşları arxası ilə gəlirlər. O, isə qorxduğu üçün maşını saxlamamışdır. Sonra o, maşını saxladı polis əməkdaşları onu polis şöbəsinə dəvət etdilər. Sonra post patrul əməkdaşları gəldi o, maşına əyləşərək onlarla birlikdə polis şöbəsinə getmişdir. O, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadələr işlətməmişdir. Əksinə bəzi polis əməkdaşları ona qarşı təhqir edici ifadələr işlətmişlər. Hətta ona qarşı fiziki təzyiq təzyiq göstərərək onu vurmuşlar. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməyib. Onlara qarşı müqavimət göstərmədiyi halda onu polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması əsası ilə şöbəyə gətirilmişdir. Onun heç bir günahı yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə şahid qismində çıxış edən Mingəçevir ŞPŞ-nin polis əməkdaşı Ruslan Əliyev bildirdi ki, o, həmin şəxsi tanımır. Şəxsi Asan Xidmət mərkəzinin qarşısında saxla əmri verilməsinə baxmayaraq maşını saxlamadan hərəkət davam etmişdir. Həmin zaman o gücləndirici işiqlardan istifadə edirdi. Daha sonra o, maşını saxlayaraq maşından düşüb qaçmışdır. Daha sonra şəxsi saxlayaraq sakitləşdirməyə çalışdılar. Sonra isə onu polis şöbəsinə dəvət etdilər. Lakin şəxs onlara qarşı nalayiq ifadələr işlədib onların qanuni tələblərinə tabe olmamağa çalışırdı. Daha sonra onlar dəstək üçün post patrul çağırdılar lakin ondan sonra onu polis şöbəsinə gətirə bilmişlər. İş üzrə şahid qismində çıxış edən Mingəçevir ŞPŞ-nin polis əməkdaşı Elnur İsmayılov da digər şahid Ruslan Əliyevlə eyni məzmunlu ifadə verərək protokolda göstərilən xüsusatları təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri Təbriz küçəsində idarə etdiyi avtomobili saxlamaq istəyən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmaması barədə inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətaların qarşısını almaq məqsədi ilə xx.xx.2025-cü il tarixdə saat 01:20-də inzibati qaydada tutulmuşdur. İşdə olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aralarında tibbi müayinəyə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xəta törədilən zaman sərxoş vəziyyətdə olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri Təbriz küçəsində idarə etdiyi avtomobili saxlamaq istəyən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmaqla, polisin qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.
12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır.
31. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.2. inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, inzibati qaydada tutulması haqqında protokol və özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, şəxsin əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olmaması, xətanın idarəçilik qaydaları əleyhinə olan olduğunu və polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq qanuni tələblərinə tabe olmamasını və şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARAALDİ:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin Həbs etmənin əvvəli 14 dekabr 2025-ci il tarixdən saat 01:20-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Elza Cəbrayılzadə