Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-101/2023 30.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1 İnzibati xəta törətmiş şəxs: X3 iştirakı ilə xx.xx.1983-ci il tarixdə Mingəçevir şəhərində, doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 22, mənzil 23-də baldızı X4 döymüş və barəsində xx.xx.2023-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 22, mənzil 23-də qaynanası X2 döymüş və barəsində xx.xx.2023-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)-100/2023 saylı və 3(051)-101/2023 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-100/2023 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-ci il tarixli MN ******* saylı və xx.xx.2023-ci il tarixli MN ******* saylı saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-100/2023 saylı və 3(051)-101/2023 saylı inzibati işlər 3(051)-100/2023 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-101/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-101/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver