Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-1018/2023 29.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X1 Zərərçəkmiş şəxs X5 Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə xx.xx.1996-ci ildə Yevlax rayonu Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Mingəçevir şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs müxtəlif vaxtlarda - xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə iki dəfə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə təxminən 19 radələrində şəhərin H.Əliyev pr., yerləşən ”Azərkabel” ASC-nin istifadə olunmayan binasından 6 ədəd hər birinin uzunluğu 5 metr olan 96 manat dəyərində kabel oğurlamışdır, xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə təxminən 19 radələrində şəhərin H.Əliyev pr., yerləşən ”Azərkabel” ASC-nin inzibati binasından 50 manat dəyərində BK-2500 markalı kondisioner oğurluq etməklə, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X4 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əvvəllər də Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokollar tərtib olunmuşdur. Odur ki, onun barəsində müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərdi ki, onun az yaşlı qızı xəstə olduğu üçün oğurluğu etməyə məcbur olmuşdur. Zərərçəkmiş şəxs X3 BK-2500 markalı kondisioneri geri qaytarıb. Əməlindən peşmandır. Odur ki, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs 6 ədəd hər birinin uzunluğu 5 metr olan 96 manat dəyərində kabel oğurladığını bildirdi. Şəxs zərəri ödəməyib və hazırda ondan şikayətçidir. Odur ki, onun barəsində müvafiq qərar gəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlıyaraq üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini məlumat vermişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Mingəçevir ŞPŞ-nin polis sahə rəisinin izahatı, özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışmışdır və o, BK-2500 markalı kondisioneri geri qaytarmışdır. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayəti və tələbləri yoxdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1018/2023 saylı qərardadının surətindən görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-1018/2023 saylı və 3(051)-1019/2023 saylı inzibati işlər, 3(051)- 1018/2023 nömrə ilə qeydiyyata alınmişdir. Şəxs xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə H.Əliyev pr., yerləşən ”Azərkabel” ASC-nin istifadə olunmayan binasından 6 ədəd hər birinin uzunluğu 5 metr kabel oğurlamaqla, xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə BK-2500 markalı kondisioner oğurluq etməklə, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatını, eləcə də digər materialları ilə müəyyən edilir ki, Şəxs müxtəlif vaxtlarda- xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Materiallara əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, BK-2500 markalı kondisionerin bazar qiyməti 50 (əlli) manat, 6 ədəd hər birinin uzunluğu 5 metr olan SİPES kabelin 1 metr SİPES kabelin qiyməti 3.20 (üç manat, iyirmi qəpik) manat olmaqla, cəmi 96 manat dəyərindədir. İşdə olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 11:10 –da inzibati qaydada tutulmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM–in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs - X6 məhkəməyə ərizə ünvanlayaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ilə barışdığını, buna görə də həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli və onun barəsində yalnız xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs təqsirinin dərəcəsini, şəxsiyyətini və yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, onun barəsində ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 34, 39.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 dekabr 2023-cü il tarixdən saat 11:10-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-1018/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-1018/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver