Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-1035/2025 19.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Ağdaş rayonu Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu Dəhnəxəlil Ərazi Dairəsi, Dəhnəxəlil kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, heç bir yerdə işləmir. Ona görə də cəriməni ödəyə bilməmişdir. Məhkəmədən izahatına uyğun qərar çıxarılmasını xahiş etdi. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, X2 protokola uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən 5000 manat borcu ödənilmədiyindən, onun barəsində AR İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. Bununla belə işin baxılmasını istisna edən, yəni İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında protokola görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmiş, AR Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli icra sənədi əsasında xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, borcluya həmin qərarın surəti və “tələbin könüllü icrası haqqında” bildiriş şəxsən verilmişdir. Səlahiyyətli orqanın məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində icra olunmamasına baxmayaraq, icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol isə xx.xx.2025-cü il tarixdə tərtib edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən ən azı 3 ay müddət keçməli idi. Bu hal isə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. 529.1-ci maddəsinə əsasən ol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə verilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərar 29 sentyabr 2025-ci il tarixində qəbul edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol - qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməsi müəyyənləşdirildiyi halda icra məmuru tərəfindən nəzərdə tutulmuş müddət bitməmiş, yəni xx.xx.2025-ci il tarixdə inzibati xəta haqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Belə olan halda inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-1035/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-1035/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver