Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-104/2022 14.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Tələbkar: Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) X1 İcra sənədi üzrə borclu: Şəxs nümayəndəsi (vəkili) X2 iştirakı ilə xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 1, mənzil 55 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin MTT(051)-2/2022 saylı 10.01.2022-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 1, mənzil 55 və ünvan 3 ünvanlarında yerləşən mənzillərdə saxlanılan qızıl-zinət və cehiz əşyalarının, həmçinin birgə nikah dövründə əldə edilmiş digər əşyaların üzərinə həbs qoyulmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qərardadın tələblərinə məhəl qoymayaraq qeyd edilən əmlakların üzərinə həbs qoyulmasına mane olmuş, bununla da məhkəmə qərardadının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs nümayəndəsi (vəkili) X3 izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin MTT(051)-2/2022 saylı 10.01.2022-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 1, mənzil 55 və ünvan 3 ünvanlarında yerləşən mənzillərdə saxlanılan qızıl-zinət və cehiz əşyalarının, həmçinin birgə nikah dövründə əldə edilmiş digər əşyaların üzərinə həbs qoyulması qərara alınmışdır. 14.02.2022-ci il tarixdə həmin ünvanda olmuşlar və aşkar edilən əşyaların üzərinə həbs qoyulmuşdur. Həmin vaxt müdafiə etdiyi şəxs tərəfindən heç bir maneəçilik törədilməmiş və qərardad icra edilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində olan hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) X4 məhkəməyə təqdim etdiyi 14.02.2022-ci il tarixli ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin MTT(051)-2/2022 saylı 10.01.2022-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 1, mənzil 55 və ünvan 3 ünvanlarında yerləşən mənzillərdə saxlanılan qızıl-zinət və cehiz əşyalarının, həmçinin birgə nikah dövründə əldə edilmiş digər əşyaların üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu qərardadın icrasına mane olduğu üçün icra edilə bilmirdi. 14.02.2022-ci il tarixdə həmin ünvanda olmuşlar və aşkar edilən əşyaların üzərinə həbs qoyulmuşdur. Həmin vaxt heç bir maneəçilik törədilməmiş və qərardad icra edilmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkara, borcluya və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə tələbkarın, borclunun və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin MTT(051)-2/2022 saylı 10.01.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, mübahisə baxılıb həll olunanadək Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 1, mənzil 55 və ünvan 3 ünvanlarında yerləşən mənzillərdə saxlanılan qızıl-zinət və cehiz əşyalarının, həmçinin birgə nikah dövründə əldə edilmiş digər əşyaların üzərinə həbs qoyulması qərara alınmışdır. İşdə olan 14.02.2022-ci il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 1, mənzil 55 və ünvan 3 ünvanlarında yerləşən mənzillərdə saxlanılan qızılzinət və cehiz əşyalarının, həmçinin birgə nikah dövründə əldə edilmiş digər əşyaların üzərinə həbs qoyulmuşdur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 1, mənzil 55 və ünvan 3 ünvanlarında yerləşən mənzillərdə saxlanılan qızıl-zinət və cehiz əşyalarının, həmçinin birgə nikah dövründə əldə edilmiş digər əşyaların üzərinə həbs qoyulmasına borclu tərəfindən şərait yaradılmış və həmin əşyaların üzərinə həbs qoyulmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-104/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-104/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver