Məhkəmə qərarları › İş №3(051)-105/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-105/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-105/2022 11.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Mingəçevir şəhəri, A.Şaiq küçəsi ev 11, mənzil 44-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Bərdə rayon Məhkəməsinin 2(021)-640/2020 saylı, 21 avqust 2020-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan 02.03.2008-ci il təvəllüdlü X7 və 29.01.2010-cu il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində pulu ödəməmiş və nəticədə 2132 manat məbləğində borcu yığılmışdır. Alimentin ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bərdə rayon Məhkəməsinin 2(021)-640/2020 saylı, 21 avqust 2020-ci il tarixli icra sənədi ilə 02.03.2008-ci il təvəllüdlü X7 və 29.01.2010-cu il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o alimenti ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Bərdə rayon Məhkəməsinin 2(021)-640/2020 saylı, 21 avqust 2020-ci il tarixli icra sənədi ilə 02.03.2008-ci il təvəllüdlü X7 və 29.01.2010-cu il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Lakin xəstə olduğundan və işləyə bilmədiyindən alimenti ödəyə bilməmişdir. Hal-hazırda da xəstə olduğundan borcunu ödəyə bilmir. Qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə ünvanladığı teleqramda göstərmişdir ki, 11.02.2022-ci il tarixdə olan məhkəmə iclasına səhhətiylə əlaqədar olaraq gələ bilmir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və aliment borcunun tam şəkildə ödənməsini xahiş etmişdir. İşə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 02.03.2008-ci il təvəllüdlü X7 və 29.01.2010-cu il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün, qətnamə elan olunduğu gündən, yəni 21 avqust 2020-ci il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment X5 xeyrinə tutulması qət olunmuşdur. İşə əlavə olunmuş 20 noyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X6 oğlu 18 noyabr 2020-ci il tarixdə icraatına daxil olmuş Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)- 640/2020 saylı tarixli icra sənədi üzrə icraata başlamışdır. İşə əlavə olunmuş 20 noyabr 2020-ci il tarixli tələbin könüllü icrası barədə Bildirişdən görünür ki, Şəxs 20 noyabr 2020-ci il tarixli qərarla icraata başladığı Bərdə rayon Məhkəməsinin 2(021)-640/2020 saylı, 21.08.2020-ci il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməsi tələb olunmuşdur. İşə əlavə olunmuş Şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ tərəfindən arayışdan görünür ki, onurğanın bel fəqərələrinin iki proyeksiyada R-müayinəsində sümüklərdə destruktiv patologiya aşkar olunmur. Bel fəqərələri səviyyəsində sağa skolioz, L4-L5-S1 fəqərələrarası yarığın daralması – osteoxondrozu müşahidə olunur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu xəstə olmuş, səhhəti ilə bağlı işləyə bilməmiş, nəticədə alimenti ödəyə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, borclu öhdəliyindən qəsdən imtina etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar