Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-105/2024 08.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Ağdaş rayonu orta Ləki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdaş rayonu orta Ləki kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində YPX əməkdaşlarının ona cərimə yazmağı barədə etiraz etmiş və onu nizamintizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclasında ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, kamera görüntülərində də vardır. O qırmızı işıqda keçməmişdir. Bu səbəbdən də polis əməkdaşları ilə arasında mübahisə yaranmışdır. O polis əmnəkdaşlarına heç bir artıq-əksik söz deməmişdir. O sadəcə onları telefonu ilə çəkməyə başlamışdır. Atası birinci qrup əlildir. Həm onu, həm də özünü göstərmək üçün xəstəxanaya gəlmişdir. Onun heç bir günahı yoxdur. O oradan keçərkən orada heç kəs olmamışdır. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində YPX əməkdaşlarının ona cərimə yazmağı barədə etiraz etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, vətəndaşın qırmızı işıqda keçdiyini görüb işarə edib ki, saxlasın. Lakin vətəndaş saxlamamışdır. Sonra işarə etmiş bu vaxt vətəndaş saxlamışdır. Şəxs qırmızı işıqda keçdiyini demişdir. O isə sarıda keçdiyini bildirmişdir. Vətəndaşa izah etmiş ki, sarıda girmiş və qırmızı da davam etmişdir. Ona İXM-nin 327.2-ci maddəsinə əsasən 80 manat cərimə düşdüyünü izah etmişdir. Bu vaxt vətəndaşın əlinə telefon alaraq onları çəkdiyinin şahidi olmuşdur. Vətəndaşdan bunu dayandırmasını tələb etsə də, vətəndaş tik-toker olduğunu və izləyicilərinin olduğunu bildirmiş və çəkilişi dayandırmamışdır. Bu vaxt atası avtomobildən düşmüşdür. O oğlanın atasına çəkilişi dayandırmasını söyləməsini tələb etmiş. Lakin yenədə çəkilişi davam etdirmişdir. Bu vaxt telefonu onun əlindən almaq istəmişdir. Amma bunu edə bilməmişdir. Bu vətəndaş barəsində 102-yə məlumat da verilmişdir. İş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı X2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, H.Əliyev prospektində patrul maşınında hərəkətdə olan zaman məlumat gəldi ki, dörd göz qırmızı işıqda keçdi. Kabelin dairəsi tərəfə yaxınlaşdılar. Bu vaxt Aqil dörd gözü saxlatdırdı. Bundan sonra dörd gözü sürən oğlan sürücülük vəsiqəsini təqdim etdi və Aqil ona izah etdi ki, ona 80 manat məbləğində cərimə tətbiq ediləcəkdir. Bu vaxt oğlan telefonu ilə çəkiliş aparmağa başladı. Onlar ondan çəkilişi dayandırmağı və onları çəkməmələrini ələb etdilər. Buna baxmayaraq oğlan çəkdiyi videonu kiməsə atdı. Aqil ona demişdir ki, barəsində tətbiq olunacaq cərimədən narazıdırsa, qərardan şikayət vermək hüququ vardır. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, atabankın qarşısında piyada keçid üçün svetofor vardır. O addımını piyada üçün yaşıl işıq yandıqda atdıqda dörd göz kül rəngində düz yanından ötüb keçdi. Bu vaxt onun halı pisləşdi və yanında olan insanlar ona yaxınlaşdılar. Yoldaşı ona dava-dərman vermiş və bundan sonra o 102-yə məlumat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə üsulu kimi qiymətləndirir və onun gətirdiyi dəlillər məhkəmədə dindirilmiş şahid ifaədələri ilə təkzib olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal yoxdur. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Ona görə də məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 08 fevral 2024-cü il tarixdən, saat 13:40-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-105/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-105/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver