Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-107/2024 05.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X3 Mingəçevir ŞPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 iştirakı ilə xx.xx.1975-ci il tarixdə Ağdam rayonundan Gülablı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Mingəçevir şəhəri, A.Məmmədov küç, ev 15, mənzil 60-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 04:30 radələrindən Mingəçevir şəhərin A.Məmmədov küçəsi 15 saylı binanın qarşısında saxlanılmış həmin binada yaşayan Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı **-GZ-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobilin matorxana örtüyünü, sol qabaq qapısını, sol arxa qapısını cızmış hər 4 təkəri deşmişdir. Mingəçevir şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 3(051)-881/2023 nömrəli qərara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1050 (bir min əlli) manat məbləğində inzibati cərimə edilmiş və Şəxs vurulmuş əmlak zərərinin əvəzi olaraq 1050 (bir min əlli) manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Sonradan Şəxs həmin qərardan apelyasiya şikayəti vermişdir. X6 Məhkəməsi 3(107)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı çıxarılmışdır. Həmin qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 3(051)-881/2023 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Mingəçevir şəhər məhkəməsinə qaytarılmışdır. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, Faiq ona şər atır. Belə bir hadisə olmayıb. Durduğu yerdə şərlənmişdir. Həmin binada kirayədə yaşayır neçə ildir. Hələ bir adamla sözü-söhbəti olmamışıdır. Qarabağ veteranıdır. Uşaq deyil ki, maşın cızsın. 1050 manat yazılıb ziyan. Maşın almırlar ki, o qədər pul istəyirlər ondan. Həqiqətən maşını o cızmışdırsa, sübut etsinlər. Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 15 mənzil 60-da yaşayır. O, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində tək içkili halda yaşadığı şəhərin A.Məmmədov küçəsi 15 saylı binanın blokundan həyətə düşən zaman əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslə qarşılaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs ona salam verib binanın bloku ilə yuxarı çıxmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində o, yaşadığı binanın qarşısında olan zaman onunla eyni blokda yaşayan qonşuları Pərvanə adlı qadın Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə minib getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs təkcə geri qayıdan zaman təkrar olaraq onunla yaşadığı binanın blokunun giriş hissəsinə qarşılaşmışlar. Zərərçəkmiş şəxs isə ona 5-ci mərtəbədə yaşadığını bildirmişdir. Sonra Zərərçəkmiş şəxs evinə qalxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ona hər hansısa bir köməkliyin ehtiyyac olub-olmadığını soruşan zaman o, Zərərçəkmiş şəxs heç bir köməkliyin ehtiyyac olmadığını bildirmişdir. Daha sonra isə o, yaşadığı binanın qarşısında və parkda oturmuşdur. O, heç kəsə ziyan vurmayıb. Odur ki, məhkəmədən izahatında göstərilənlər nəzərə alınmaqla, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmçinin, ağ-mirvari mirvari rəngli, Hyundai Sonata markalı, **-GZ-*** d.n.n-lı avtomobil anası X2 məxsus olmasına baxmayaraq, həmin avtomobili etibarnamə ilə o, idarə edir. Onun heç kimlə heç bir mübahisəsi, ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, etibarnamə ilə idarə etdiyi Hyundai Sonata markalı, **-GZ-*** d.n.n-lı avtomobilli yaşadığı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 15 saylı binanın qarşısında saxlayıb, yaşadığı 68 saylı mənzilə çıxan zaman əvvəllər tanımadığı, sonradan adının Şəxs olduğunu bildiyi şəxslə qarşılaşmışdır. Bu zaman o, Şəxs salam verib yaşadığı mənzilə çıxmışdır. O, yaşadığı mənzildə olan zaman anası Pərvanə Mustafayeva ondan tanışı Gülmirə adlı qadının işlədiyi şirniyyat sexinə aparmağını və tanışı Gülmirə adlı qadına köməklik edəcəyini bildirmişdir. O, da bu səbəbə görə xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində anası Pərvanə Mustafayevanı şirniyyat sexinə aparan zaman Şəxs binanın yaxınlığında piyada təkcə dayanmasını görmüşdür. Bundan sonra o, anası Pərvanə Mustafayevanı şirniyyat sexinə aparıb düşürdüb geri qayıdan zaman təkrar olaraq, Şəxslə yaşadığı binanın blokunun giriş hissəsində qarşılaşmışdır. Bu zaman o, Şəxs harada yaşamasını soruşan zaman Şəxs ona həmin binanın blokunun 2-ci mərtəbəsində yaşadığını bildirmişdir. Bundan sonra o, Şəxs spirtli içkinin iyi gəldiyi üçün içkili olduğunu başa düşüb Şəxs hər hansısa bir köməkliyin ehtiyyac olub-olmadığını soruşan zaman Şəxs ona sən kimsən ki, ona köməlik edəsən demişdir. Daha sonra isə Şəxs ona sözlə daha sonra görüşəcəyini bildirmişdir. O, isə Şəxs heç bir fikir vermədən yaşadığı ünvana çıxan zaman Şəxs onun idarə etdiyi avtomobilin kənarına getməsini görmüşdür. Daha sonra o, təxminən saat 04:30 radələrində siqaret çəkmək üçün yaşadığı mənzilin eyvanına çıxan zaman Şəxs avtomobilinin yanında durduğunu və ətrafında fırlandığını və əyilib nəsə etdiyini görmüş və 102 xidmətini yığmışdır. Daha sonra o, yaşadığı mənzildən həyətə düşən zaman onun idarə etdiyi avtomobilin dörd təkərinin dördünündə deşilməsini, həmçinin motorxananın örtüyünün, sol qabaq qapı ilə sol arxa qapının cızılmasını aşkar etmişdir. Hazırda Şəxs şikayətçidir və məhkəmədən onun barəsində tədbir görülməsini ona dəymiş ziyanıödənilməsini xahiş edir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X5 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında protokolu cinayət işini başlanılmasının rədd edlməsi haqqında qərar əsasında tərtib etmişdir. Lakin özü bu barədə araşdırma aparmamış, sadəcə olaraq qərarda göstərilən xüsusiyyətlərə əsaslanmışdır. Mingəçevir ŞPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X8 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə saat 4-5 radələrində olub. Video görüntüləri əldə etmək mümkün olmamışdır, çünki belə görüntülər mövcud deyildir. İş üzrə hadisəni birbaşa görən şəxsləri də müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs zərərçəkən şəxslə hadisədən əvvəl rastlaşıblar və bir balaca söhbətləri düşüb. Zərərçəkən şəxs buna məhəl qoymayıb evinə qalxmışdır. Eyvana çıxanda təqsirləndiriləni avotmobolinin kənarında gəzən görmüşdür. Bundan sonra 102 xidmətinə yığmışdır. Hadisə zamanı Faiq içkili olub. Zərərçəkənə söhbət burada bitmədi görüşərik deyib. İşdə olan xx.xx.2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibinin əlaməti yoxdur. Belə ki, onun İXM-in 232-1-ci maddəsində göstərilən əməli törətməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 oktyabr 2023-cü il tarixli qərarda qeyd edilən xüsusatların Zərərçəkmiş şəxs, X1, Şəxs izahatları, hadisə yerinə baxış protokolu, foto cədvəllər, rəy, sərxoşluq aktı və digər sənədlərlə təsdiq olunduğu göstərilsə də, Şəxs izahatında qeyd edilən əməli törətmədiyini, X1 isə izahatından hadisənin birbaşa şahidi olması , həmçinin iş üzrə digər şahidlərin və video görüntülərin müəyyən olunmadığı görünür. Məhkəmədə baxışında Mingəçevir ŞPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X8 və Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X5 öz qərarlarını ancaq zərərçəkmişin izhahatlarına əsaslanaraq qəbul etdikləri müəyyən olunur. Beləliklə, inzibati xəta işinin materiallarından görünür ki, məhkəmə araşdırması zamanı təhqiqat orqanının rəhbər tutduğu dəlillər və sübutlar şəxsin həmin əməli törətməsini və təqsirliyini müəyyən etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir və təhqiqatın gətirdiyi həmin sübutlar obyektiv və həqiqətə uyğun deyildir Məhkəmə həmçinin hesab edir ki, inzibati işin materiallarında olan, sübut kimi qəbul edilmiş mütəxəssis rəylərini məhkəmə araşdırması zamanı mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, həmin rəy əvvəlcədən şəxsin inzibati xəta törətməsinə dəlalət etmir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığı əsaslarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-107/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-107/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver