Məhkəmə qərarları › İş №3(051)-108/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-108/2022

01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-108/2022 01.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştiraki ilə, 23.03.1969-cu ildə Ağdaş rayonu Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, Mingəçevir şəhəri Toxuculuq Bağlar massivində yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-341/2006 №li 23.05.2006-cı il tarixli icra sənədi üzrə yaranmış 405 manat aliment borcunu ödəmədiyinə görə Əliyev X3 barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-341/2006 №li 23.05.2006-cı il tarixli icra sənədinə əsasən ondan 01.06.2000-cı il təvəllüdlü Ləman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 25 manat alimentin tutulub tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Elə başa düşmüşdür ki, onun aliment borcu qalmamışdır. Sonra ona aydın oldu ki, 405 manat borcu qalıbdır. Hazırda həmin aliment borcundan 345 manat ödəmişdir. Qalan aliment borcun ödənilməsi ilə zərərçəkmiş şəxslə razılığa gəlmişlər. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşağını saxlamaqdan boyun qaçırmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin (051)-341/2006 №li 23.05.2006-cı il tarixli icra sənədinə əsasən Şəxs 01.06.2000-cı il təvəllüdlü Ləman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 25 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Şəxs 405 manat aliment borcu yaranmışdır. Həmin borcdan da 345 manat ödəmişdi. Qalan 60 manat aliment borcunun ödənilməsi ilə bağlı Şəxs ilə razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-341/2006 №li 23.05.2006-cı il tarixli icra sənədinə əsasən Şəxs 01.06.2000-ci il təvəllüdlü Ləman adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 25 manat alimentin tutulub tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Lakin Şəxs alimenti tam ödəmədiyi üçün onun 405 manat aliment borcu yaranmışdır. Hazırda Şəxs aliment borcundan 345 manat ödəyib, 60 manat aliment borcu qalmışdır. Qalan aliment borcun ödənilməsi ilə tərəflər razılığa gəlmişlər. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində 405 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 405 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar