Məhkəmə qərarları › İş №3(051)-108/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-108/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-108/2024 29.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu Şəxs, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Tələbkar: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-217/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 2140 manat aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)217/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa 120 manat, cəmi 240 manat məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs aliment borcunu tam ödəməmiş, nəticədə 2140 manat məbləğində aliment borcu yaranmışdır. Borclunun hər ay mütəmadi aliment ödədiyini, bununla yanaşı cehiz əşyalarının dəyərini hər ay hissə-hissə ödədiyini, tələbkarın borcun tam olaraq ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında borclu tərəfindən tələbkara təklif olunan lakin qəbul edilməyən 500 manat aliment borcunu icra şöbəsinin depozit hesabına qəbul etdiyini bildirdi. Borclu Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, hər ay aliment ödəyir. Bununla belə borcu qalmışdır. O iş məhkəməyə daxil olduqdan sonra aliment borcundan 500 manat ödəniş etmişdir və bu gündə 250 manat ödəniş etmək istəyir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşağı saxlamaqdan boyun qaçırmamışdır. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb aliment borcunu tam ödəsin. Aliment məhkəməyə müraciət olunduğu vaxtdan tutulduğuna görə bu qədər borcu yaranmışdır. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Odur ki, bütün bunları və 2-ci qrup əlil olmasını nəzərə alaraq ona daha yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərdi ki, borclu hər ay aliment ödəsə də tam ödəmir, aliment borcu vardır. Bu gün borclunun verdiyi məbləği qəbul etmir. Borcunu bütöv şəkildə versə qəbul edər. Belə olan halda Şəxs barəsində daha ciddi tənbeh tətbiq edilməsini tələb edir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-217/2022 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-217/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər icra və probasiya şöbəsinə daxil olmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki,0 xx.xx.2023-cu il və xx.xx.2023-cü il tarixdə borclu Muradov X3 şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmin elektron polrtaldan çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir və 180 manat miqdarında sosial müavinat alır. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun və tələbkarın izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edilir ki, Muradov X3 Şəhər Məhkəməsinin qətnaməsi əsasında verilmiş icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və borcündan qismən öədəməsini məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İcra məmuru tərəfindən Şəxs dəfələrlə borcunu ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, qadın olmasını, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu, həmçinin Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinin tələbini, belə ki, inzibti xəta törədən şəxsə 2-ct qrup əlil olduğuna görə barəsində inzibati həbs tətbiq edilməsi mümkün oldmadığın nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar