Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-109/2022 28.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4 və tələbkar X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Qazax rayonu Alpout kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri Koroğlu küçəsi ev 31, ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs Mingəçevir şəhər məhkəməsinin 2(051)-746 saylı 26.02.2018-cu il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat cəmi 300 manat məbləğində alimentin tutularaq X2 ödənilməsinə dair, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında icra məmuru X5 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-746 saylı 26.02.2018-cu il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat cəmi 300 manat məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi qətnaməni lazımi qaydada icra etməmiş və qətnamə icrasız qalmışdır. Hazırda 3800 manat aliment qalmışdır. Şəxs icra sənədi ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-746 saylı 26.02.2018-cu il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat cəmi 300 manat məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. O, icra sənədləri üzrə borcunu ödəməkdən yayınmır. Lakin maddi imkanı yaxşı olmadığı üçün icra sənədi üzrə yarnmış borcu ödəyə bilməmişdir. Yaranmış aliment borcundan 1500 manat ödəmişdir. Hazırda 3800 manat aliment borcu vardır. Hazırda heç bir yerdə işləmir, başqa yerdən də gəliri yoxdur. Maddi vəziyyəti düzələn kimi aliment borcunu ödəyəcəkdir. Barəsində olan protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X3 verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-746 saylı 26.02.2018-cu il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat cəmi 300 manat məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Hazırda E.Məmmədovun yaranmış aliment borcundan 1500 manat ödəmişdir. Lakin onun ödədiyi 1500 manatı qəbul etmir. Borcun tam olaraq ödənilməsini tələb edir. E.Əmədov icra sənədi ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Ona görə də Şəxs barəsində ağır tənbeh verilməsini xahiş edir. Borclu, tələbkar və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, Şəxs bundan əvvəl də dəfələrlə icra məmurunun onunla bağlı olan icra sənədinin icra edilməmsi ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq icra sənədini icra etməkdən yayınmışdır. Barəsində olan icra sənədini uzun müddət lazımi qaydada icra edilməmişdir. Şəxs icra sənədi üzrə borcu olduğu halda ona cərimə növündə olan daha yüngül tənbehin tətbiq edilməsi məqsədə müvafiq deyil və bu səbəbdən də onun barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli 28 mart 2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-109/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-109/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver