Məhkəmə qərarları › İş №3(051)-11/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-11/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-11/2021 10.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, X3 iştirakı ilə, X3 Mingəçevir şəhər Polis Şöbəsinin Yol Patrul Xidmətinin İnzibati Xəta haqqında xx xxxxxxx 2021-ci il tarixli, MN № ******* saylı inzibati qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 şəhər Polis Şöbəsinin Yol Patrul Xidmətinin İnzibati Xəta haqqında xx xxxxxxx 2021-ci il tarixli, MN № ******* saylı inzibati qərardan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir ŞPŞ DYPB-si polis kapitani Mİrzəyev Anar Vaqif oğlu tərəfindən 26.10.220-ci il tarixdə onun haqda inzibati xəta haqqında protokul tərtib edilərək onun haqqında inzibati tənbeh vermə haqında MN ******* saylı qərarla o, AR İXM 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi bildirilmişdir. Qərarda müəyyən edilib ki, guya o Mingəçevir şəhər Gəncə şossesi Azpetrol YDM-nın qarşısında əks istiqamətli hərəkət zolağına çıxmaqla manevretmə qaydasını pozaraq Mersedes Benz s240 markalı 90HX 711 DQ avtomobillə toqquşaraq inzxibati xəta törətmişdir. İnzibati tənbeh haqında 04228495 saylı qərar qanunsuz və əsassızdır. Belə ki, o xx.xx.2020-ci il tarixdə idarə etdiyi VAZ 2106 markalı avtomobilimlə Gəncə şossesi yerləşən Azpetrol yanacaq doldurma məntəqəsindən baş yola çıxarkən əsas yola çıxış eləmiş, həmin yolda dayanma gözləmə işarələri var, dayanıb baş yolda gələn gələn KAMAZı gözləyib yola düzəlmişdir. Bu zaman onun güzgüdən görmə bucağı boş olmuş, əsas yoldan heç kim gəlməmişdir. Lakir yüksək sürətlə gələn Mersedess Benz markalı avtomobil onun idarə etdiyi VAZ 2106 markalı avtomobilini sol yan hissəsindən vurmuşdur. Hadisə zamanı Mersedes markalı avtomaşın o baş yola çıxış edən vaxdı, zərbə dəyilən ilə toqquşma zamanında 7-8 metr məsafədə onun idarə etddiyi Vaz 2106 markalı avtomaşını sürükləyərək yolun qarşı hərəkət tərəfinə keçirtdi. Nəticədə ona tətbiq olunan protokola əsasən guya o manevr etmə hərəkəti qaydasını pozmuşdur. Araşdırma zamanı inspektor tərəfindən ətrafda görüntüsü zəif kameradan istifadə olunub, bu kamerada heç nə görsənmirdi. Bu zaman o inspektora Azpetrol YDM-də olan kameranın görüntüsünə baxmağı tövsiyyə etsə də, inspektor buna məhəl qoymayıb,onun haqda tərtib etmiş protokolla və qərarla onu tanış etmişdir. Ona görə də Mingəçevir şəhər Polis Şöbəsinin Yol Patrul Xidmətinin İnzibati Xəta haqqında xx xxxxxxx 2021-ci il tarixli, MN № ******* saylı inzibati qərardan şikayət verərək ləğv olunmasını xahiş edir. Təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İş materialları nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, Kamal Abdullayev tərəfindən verilmiş şikayətin heç bir hüquqi əsası yoxdur. Belə ki, H.Nəsibov barəsində inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında xx xxxxxxx 2020-ci il tarixdə qərar qəbul edilərək X3 AR İXM 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi və 60 manat məbləğində cərimə olunması öz əksini tapmışdır. H.Nəsibovun özünün izahatından və iş materiallarında olan sənədlərdən də aydın görünür ki, Hacı Nəsibov manevr qaydalarını pozmuş və əks hərəkət zolağına çıxaraq qarşı hərəkət zolağına çıxmışdır. Belə olan halda Mingəçevir şəhər Polis Şöbəsinin Yol Patrul Xidmətinin H.Nəsibov barəsində tərtib etdiyi protokol və qərarın əsaslı olması öz əksini tapır. Əksinə H.Nəsibov öz təqsirsizliyini sübut etməyə çalışsa da heç bir mötəbər sübut təqdim etməmiş, gətirdiyi dəlillər yalnız mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar