Məhkəmə qərarları › İş №3(051)-11/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-11/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-11/2023 06.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 Mingəçevir şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı X2 MN ******* №-li 07 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxaraq, Müəyyənetdim: X1 şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı X2 MN ******* №-li 07 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X9 şikayətini əsaslı hesab edərək izahatında bildirdi ki, X6 ona qarşı uşaqlarla görüş hüququnun müəyyən edilməsi ilə bağlı müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin MTT(051)-36/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin olunmuş, 22 iyul 2010-cu il təvəllüdlü X10, 27 yanvar 2012-ci il təvəllüdlü X8 və 09 may 2017-ci il təvəllüdlü X11 adlı uşaqları ilə X3 hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək və bazar günü saat 10:00-dan 18:00-dək görüşməsinə mane olmağı X7 qadağan edilməsi qərara alınmışdır. X6 ilə 07 avqust 2022-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində uşaqlarla görüş zamanı aralarında mübahisə olmuş, əli ilə onun boğazından yapışmışdır. İcra məmurları məsələyə müdaxilə etmiş, həmin gün uşaqlarla görüş yekunlaşmışdır. Ondan sonrakı həftələrdə də X3 uşaqlarla görüşü davam etmişdir. Sahə rəisi onu dəvət etmiş, hadisəni soruşmuşdur. O da olduğu kimi hər şeyi izah etmişdir. X6 ilə aralarındakı bütün mübahisələri normal qaydada həll etmişlər. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən bildiriş gedəndə ona məlum olmuşdur ki, Mingəçevir şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı X2 MN ******* №-li 07 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə olunmuşdur. Hesab etmişdir ki, X6 ilə barışdığı üçün inzibati iş üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmədən Mingəçevir şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı X2 MN ******* №-li 07 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati iş üzrə icraata xitam verilməsi, onun inzibati məsuliyyətdən azad edilməyi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı barədə Mingəçevir şəhər Polis Şöbəsinə məktub göndərilərək inzibati xəta haqqında materialın məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin inzibati xəta haqqında material məhkəməyə tam təqdim olunmamışdır. İş materialını araşdırıb hesab edirəm ki, şikayət qismən təmin edilməli, qərar ləğv olunmalı, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Şikayətə əlavə olunmuş Mingəçevir şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnikleytenantı X2 MN ******* №-li 07 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 300 manat cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati xəta haqqında material məhkəməyə tam təqdim edilmədiyinə görə hərtərəfli araşdırma aparılması mümkün olmadığı üçün hesab edirəm ki, şikayət qismən təmin edilməli, Mingəçevir şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı X2 MN ******* №-li 07 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılmaq üçün inzibati material Mingəçevir şəhər Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutub Qərara aldım: Şikayət qismən təmin olunsun. Mingəçevir şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı X2 MN ******* №-li 07 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və material yenidən baxılması üçün Mingəçevir şəhər Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar