Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-11/2024 10.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, “X29 Mərkəzi" MMC-nin direktoru X10, onun nümayəndəsi və vəkili X11, Mingəçevir şəhər prokurorunun köməkçisi X15, Zərərçəkmiş şəxs iştirakı ilə, “X29 Mərkəzi" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Mingəçevir Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Prokurorluğu tərəfindən “X29 Mərkəzi" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, “X29 Mərkəzi" MMC-nin rəhbərliyi Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlamadan 2023-cü ilin may ayından avqust ayınadək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2 və 49.1-cu maddələrinin tələblərini pozaraq onu bu müddət ərzində işlərin görülməsinə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən Mingəçevir şəhər prokurorunun köməkçisi X20 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarın məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “X29 Mərkəzi" MMC-nin qanuni təmsilçisi X10 izahatında bildirdi ki, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayındək Mingəçevir şəhəri, H.Əliyev prospekti 47/2 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir. Həmin MMC onun tərəfindən təsis olunaraq dövlət qeydiyyatdından keçmiş, Azərcell mobil operatoruna məxsus nömrənin Bakcell nömrəsinə daşınması, yəni qeyd olunan mobil operatora məxsus mobil nömrələrin sahiblərinə digər mobil operator nömrəsi kimi istifadə edərək sərfəli kampaniyalardan istifadə etməsi təklif olunmuşdur. 2023-cü ilin avqust ayında həmin MMC yenidən təşkil olunaraq, “BTM Project MMC adlanmış və həmin MMC-nin bütün səlahiyyətləri hal-hazırda direktor vəzifəsində işləyən X1. O, halhazırda "xxxx" MMC-nin Mingəçevir şəhərində rəsmi dileri kimi fəaliyyət göstərir. O, Orucova Pəri adlı şəxsi tanımır. Mingəçevir Şəhər Prokurorluğunda izahat verərkən digər işçisi Pəri ilə Orucova Pərini səhv salmışdır. Ona görə səhvən izahatında göstərmişdir ki, Orucova Pəri ilə əmək müqaviləsi bağlamış, hesabına hər ay əmək haqqı köçürmüşdür. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, 2023-cü ilin may ayından avqust ayınadək Mingəçevir şəhəri, H.Əliyev prospekti 47/2 ünvanında yerləşən "xxxx" MMC-də rəqfiqəsinin yanına işi öyrənmək üçün gedib gəlmişdir. O, həmin müəssisədə işləməmiş, orada rəfiqəsinin yanına praktika üçün getmişdir. Əsəbiləşdiyindən prokurorluğa şikayət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X3 Şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, E.Orucovun qızı Zərərçəkmiş şəxs “X29 Mərkəzi" MMC-də işlədiyi dövrdə onunla əmək müqaviləsi bağlanmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “X29 Mərkəzi" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2023-cü il tarixli X9 X6 ərizə ilə müraciət edərək göstərmişdir ki, onun qızı Pəri Orucova 2023-cü ilin may ayından 2023-cü ilin avqust ayınadək Mingəçevir şəhəri H.Əliyev prospekti 47/2 ünvanında yerləşən “X29 Mərkəzi" MMC-də operator vəzifəsində işləyirdi. Həmin müddətdə MMC-nin sektor müdiri Səyyad adlı şəxs onun qızı P.Orucova ilə qanunverciliyə uyğun əmək müqaviləsi bağlamamışdır. Sonra “BTM Project MMC-nin yeni direktor vəzifəsində işləyən X17 xx.xx.2023-cü il tarixdə qızı P.Orucova ilə əmək müqaviləsi bağlanışdır. xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Orucova-X4 Şəhər Prokurorluğuna dəvət olunaraq izahatı alınmış və bildirmişdir ki, o, Mingəçevir Dövlət Universitetində təhsil alır və 2023-cü ilin may ayından-2023-cü ilin avqust ayınadək Mingəçevir şəhəri H.Əliyev prospekti 47/2 ünvanında yerləşən “X29 Mərkəzi" MMC-də operator vəzifəsində işləyirdi. Həmin MMC-nin fəaliyyəti Azərcell mobil operatoruna məxsus nömrənin Bakcell nömrəsinə daşınması, yəni qeyd olunan mobil operatora məxsus mobil nömrələrin sahiblərinə digər mobil operator nömrəsi kimi istifadə edərək sərfəli kampaniyalardan istifadə etməsi təklif olunmuşdur.“X29 Mərkəzi" MMC-nin direktoru Səyyad İbrahimli P.Orucovanın atası Elxan Orucova ilkin olaraq 250 manat məbləğində depozit olaraq pul vəsaiti ödəmiş, sonra onunla əmək müqaviləsi bağlanacağını bildirmişdir. Lakin S.İbrahimli verdiyi vədə əməl etməyərək onun qanunverciliyə əsasən əmək müqaviləsi bağlanmamışdır. Həmin ilin iyul ayına qədər ona əmək haqqı ödənilməmişdir. Bununla bağlı dəfələrlə S.İbrahimliyə müraciət etsə də, o müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Avqust ayının 2023-cü ildə yenidən həmin MMC təşkil olunaraq “BMT Project MMC”–nin adlanmış və həmin hüquqi şəxsin direktoru X13 təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən onunla əmək müqaviləsi bağlanmış və 345 manat məbləğində əmək haqqı alırdı. xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 47/2 ünvanında yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X2 Şəhər Prokurorluğuna dəvət olunaraq izahatı alınaraq bildirmişdir ki, o, Mingəçevir şəhəri H.Əliyev prospekti 47/2 ünvanında yerləşən “X29 Mərkəzi" MMC-də direktor vəzifəsində işləyir. Həmin MMC-nin fəaliyyəti Azərcell mobil operatoruna məxsus nömrənin Bakcell nömrəsinə daşınması, yəni qeyd olunan mobil operatora məxsus mobil nömrələrin sahiblərinə digər mobil operator nömrəsi kimi istifadə edərək sərfəli kampaniyalardan istifadə etməsi təklif olunmuşdur. 2023-cü ilin avqust ayında həmin MMC yenidən təşkil olunaraq, “BTM Project MMC adlanmış və həmin MMC-nin bütün səlahiyyətləri hal-hazırda direktor vəzifəsində işləyən X1. X9 qızı X21 direktoru olduğu Bakcell Telesatış MMC-də 2023-cü ilin may ayında aralarında bağlanmış əmək müqaviləsi əsasında operator vəzifəsinə təyin olunmuşdur. Pəri Orucova həmin ilin avqust ayına qədər direktor olduğu Bakcell "xxxx" MMC-də işləmiş və 345 manat məbləğində pul vəsaiti ödənilmişdir. Daha sonra direktoru olduğu MMC-nin yenidən təşkil olunduğundan Pəri Orucovanın BTM Project MMC-də işləməsi barədə heç bir məlumatı yoxdur. Sosail Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs “BTM Project MMC-də opertor vəzifəsində işləyirdi və 345.00 manat məbləğində əmək haqqı alırdı. xx.xx.2023-cü il tarixli №**********876000 saylı məlumatın təqdim edilməsi haqqında məktubdan görünür ki, Mingəçevir şəhər Prokurorluğunun araşdırma zərurəti ilə əlaqədar olaraq "xxxx" MMC-nin fəaliyyəti və bir sıra reyestr məlumatlarının təqdim edilməsinə dair sorğusuna adiyyəti üzrə 11 saylı ərazi Vergilər baş İdarəsində baxılmışdır. "xxxx" MMC-nin qanuni təmsilçisi X13 olmaqla xx.xx.2023-cü il tarixində ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. Sözügedən tarixdən hazırki tarixədək müəssisənin fəaliyyəti aktivdir. Bundan başqa "xxxx" MMC hər hansı bir digər hüquqi şəxsin hüquqi varisi deyildir. xx.xx.2023-cü il tarixli № **********445800 saylı Məlumatın təqdim edilməsi haqqında məktubdan görünür ki, Mingəçevir Şəhər Prokurorluğunun araşdırma zərurəti ilə əlaqədar olaraq “X29 Mərkəzi” MMC-nin fəaliyyəti və bir sıra reyestr məlumatlarının təqdim edilməsinə dair sorğusuna aidiyyəti üzrə 11 saylı Ərazi Vergilər Baş idarəsində baxılmışdır. Bildiriiri ki, “X29 Mərkəzi” MMC qanuni təmsilçisi X10 olmaqla xx.xx.2022-ci il tarixində ********** saylı Vöen ilə dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq qeyd edilib ki, X29 Mərkəzi MMC hər hansı bir digər hüquqi şəxsin hüquqi varidi deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 192.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən “X29 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Zərərçəkmiş şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X29 Mərkəzi" MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, “X29 Mərkəzi" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “X29 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X29 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
“X29 Mərkəzi" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Güləndam Quliyeva