Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-113/2022 04.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Mingəçevir şəhəri F. Əzimov küçəsi döngə 5, 3-cü küçə, 16 №li evdə Şəxs oğlu barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-1901/2021 saylı 29.11.2021-ci il tarixli icra sənədi üzrə yaranmış borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər İ cra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Mingəçevir şəhərində qeydiyyatda olsa da, Ağcabədi rayonunda işləyir və orada yaşayır. Məhkəmə iclasının vaxtı barədə bildiriş ona çatmamışdır. Mingəçevir şəhər məhkəməsinin 29.11.2021-ci il tarixli qiyabi qətnaməsindən onun xəbəri yox idi. Mingəçevir şəhər icra və probasiya şöbəsinə dəvət olan zaman, ona məlum olmuşdur ki, sözügedən qətnamə onun qeydiyyatda olan ünvana göndərilmiş və həmin qətnaməni anası Ziyafət Ağayeva qəbul etmişdir. Anası xəstə və savadsız olduğu üçün qətnaməni ona verməmişdir. O, qeyd edilən qiyabi qətnaməni məhkəmədən 03.03.2022-ci il tarixdə almışdır. Həmin qətnamədən narazıdır və şikayət verəcəkdir. İcra məmurunun qanuni tələblərinin yerinə yetirməkdən boyun qaçırmamışdır. İşə əlavə edilmiş məhkəmə qəbzinin surətindən görünür ki, Şəxs oğlu Mingəçevir şəhər məhkəməsinin 2(051)-1901/2021 saylı 19.11.2021-ci il tarixli qiyabi qətnaməsini 03.03.2022-ci il tarixdə almışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs icra sənədinin verilməsi üçün əsas olan Mingəçevir şəhər Məhkəməsinin 29.11.2021-ci il tarixli qiyabi qətnaməsinin surətini 03.03.2022-ci il tarixdə almışdır. Qətnamədən narazıdır. Qanunla müəyyən edilmiş müddətdə həmin qətnamənin ləğvi barədə ərizə vermək və ya qətnamədən apelyasiya şikayəti vermək hüququ vardır. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, obyektiv, qanuni qərar qəbul edilməsi üçün qeyd edilən halların tam araşdırılması məqsədi ilə inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qərara aldım: Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-113/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-113/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver