Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-113/2025 10.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində qərar çıxarılmış: X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Cərimə olunmasına əsas guya onun ünvan 1 ünvanında yerləşən stomatoloji kabinetdə müvafiq lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olmasıdır. Uzun müddət ünvan 2 ünvanında yerləşən X2 diş həkimi kimi fəaliyyət göstərmişdir. Peşəsinə olan müsbət münasibətinə görə ayrıca diş kabineti açaraq fəaliyyət göstərməyi düşünmüşdür. Bu münasibətlə 2024-cü ilin noyabr ayında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək qeyd olunan ünvanda diş kabineti açaraq özəl tibb fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Həmin qeyri-yaşayış sahəsi mövcud standartlara və özəl tibb fəaliyyətini tənzimləyən bütün normativlərə uyğun şəkildə hazırlanması barədə tərəfindən müəyyən işlər görülmüşdür. Qeyd olunan təmir-tikinti işlərini yekunlaşdırdıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edərək müvafiq sahə üzrə fəaliyyət göstərməyi üçün lisenziya alınması barədə müraciət edəcəkdir. Lakin təmir işlərini bitirdiyi gün barəsində guya qanunsuz olaraq tibb fəaliyyəti ilə məşğul olmağı sübut olunmuş və ona 5000 manat miqdarında cərimə yazılmışdır. Qeyd olunan ünvanda lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olmamışdır və barəsində yazılmış cərimə tam olaraq əsassızdır. Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən qeyd olunan qeyriyaşayış sahəsinə baxış keçirilərkən ona qarşı psixoloji təzyiqlər olmuş, hüququ savadının az olmasından istifadə edərək barəsində guya daha böyük miqdarda cərimə yaza biləcəkləri barədə xəbərdarlıq etmişlər. Məhz bundan sonra qorxaraq, susmaq məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X6 şikayətin dəlillərini müdafiə edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam veilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, vəzifəli şəxsin nümayəndəsinin məhkəmə prosesində iştirakı təmin edilməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından verilmiş şikayət təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı aşkarlanmış və barəsində İXM-inin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, X4 məxsus ünvan 1 ünvanında yerləşən obyektdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Fəaliyyət növü stomatoloji kabinetdə fəaliyyət göstərilmişdir. İşdə olan lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, X3 lisenziyası olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğu aşkar edilmişdir. X6 lisenziyasız fəaliyyət göstərdiyi dövr ərzində cəmi 300 manat gəlir əldə etdiyini bildirmişdir. X6 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli izahatda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən diş kabinetində stomatoloji xidmətlə məşğul olur. Hazırda göstərdiyi fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) almamışdır. Fəaliyyət göstərdiyi dövr ərzində cəmi 300 manat gəlir əldə etmişdir. Yaxın zamanlarda lisenziya alaraq fəaliyyət göstərəcəyinə söz vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın surətindən görünür ki, o, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə stomatologiya sahəsində fəaliyyət göstərir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsinə əsasən protokol tərtib olunmuş və həmin protokol əsasında inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuşdur. X6 orada stomatoloji fəaliyyətlə məşğul olması barədə hər hansı bir sübutun olmadığını bildirsə də, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin şikayətçi həmin hallara dair əsaslı sübutlar təqdim etməmişdir. X1 inzibati xətanın törədildiyi tarixdə qeyd olunan stomatoloji kabinetin onun sahibliyində olmamasını, həmin vaxt faktiki fəaliyyət göstərməməsini, onun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi vəzifəli şəxs olmamasına dair istisna edən hallarla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, işdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər isə onun qanunsuz tibbi fəaliyyətlə məşğul olmasını təsdiq etmişdir. Bu hal X6 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli izahatda da öz əksini tapmışdır. İzahatında ünvan 4 ünvanında yerləşən diş kabinetində stomatoloji xidmətlə məşğul olduğunu, hazırda göstərdiyi fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) almadığını, fəaliyyət göstərdiyi dövr ərzində cəmi 300 manat gəlir əldə etdiyini göstərmişdir. Ona görə də X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında qərar verilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin, X3 Azərbaycan Respublikası İXM–nin 210.1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1–ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlansın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-113/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-113/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver