Məhkəmə qərarları › İş №3(051)-115/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-115/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-115/2020 28.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, şikayət vermiş şəxs X3 və onun etibarnamə üzrə nümayəndəsi-vəkili X2 iştirakı ilə, X1 Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 inzibati xəta haqqında xx xxxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İXMnin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat miqdarda və xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat miqdarda, inzibati cərimə edilmişdir. X3 həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X3 məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 2015-ci il tarixdən “Ağ saray” şadlıq sarayında inzibatçı vəzifəsində işləmişdir. 2019-cu ilin dekabr ayının 2-nə kimi həmin vəzifədə işləmişdir. Onun vəzifə səlahiyyətlərinə şadlıq sarayında işləyən işçilərin “texniki təhlükəsizlik” qaydalarına əməl etmələri üçün işçilərin vaxtaşırı məlumatlandırılması, eləcə də onların müntəzəm surətdə həkim müayinəsindəm keçmələrinə nəzarət işləri ona həvalə edilmişdir. Sözügedən şadlıq sarayı fəaliyyət göstərmədiyi tarixdə Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 əməkdaşları tərəfindən ona inzibati cərimə yazılmışdır. xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat miqdarda və xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat miqdarda cərimə edilmişdir. Lakin onun cərimə olunması qanunsuzdur. Belə ki, sözügedən şadlıq sarayının işləməsi üçün nəzərdə tutulmuş VÖEN X4 adınadır. Onun isə cərimə olunmasının heç bir hüquqi əsası yoxdur. Belə ki, sözügedən şadlıq sarayını Zaur Mahmudov özü idarə edir. Onun isə göstərilən işləri görmək nə vəzifəsinə və də hüquqlarına aid deyil. Bundan əlavə cərimə yazıldığı tarixdə “Ağ saray” şadlıq sarayı fəaliyyətini dayandırmışdır. Bundan əlavə onun və ya şadlıq sarayının rəhbərliyinin inzibati araşdırma, inzibati cərimə və ya inzibati qərardan xəbəri olmamışdır. Onlara heç bir xəbərdarlıq və ya qərar gəlməmiş və protokol onların iştirakı olmadan tərtib edilmişdir. Ona görə də onun Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 inzibati xəta haqqında xx xxxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli qərarlarının ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmənin əvvəlki iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat miqdarda və xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat miqdarda cərimə edilmişdir. 8 saylı Regional Ekologiya və X6 xx xxxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli qərarları tam əsaslıdır. Belə ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 237.1-ci və 541-ci maddələrində nəzərdə tutulmuş xətanın əlamətləri mövcuddur və bu səbəbdən də cərimə olunmuşdur. Sabit Qəhrəmanov “Ağ saray” şadlıq sarayının inzibatçısı kimi aparılmış manitorinqlərdə və araşdırmalarda iştirak etmişdir. Onun əməlində inzibati xətanın əlamətləri müəyyən olunmuşdur. Onun iştirakı ilə protokol tərtib olunmuş və hər iki protokolun tərtib olunmasında iştirak etmiş, lakin protokola imza etməmişdir. Sabit Qəhrəmanovun protokoldan və qərarlardan məlumatı olmuşdur. Bundan əlavə Sabit Qəhrəmanov əmrlər kitabını təqdim etsə də həmin kitab sonradan tərtib olunmuş və lazımi qaydada qaytanlanmamışdır. Bununla da həmin sənədlərin qanuna müvafiq olmaması açıq-aydın görünür. Onlar VÖEN-i bağlatdırsalar da fəaliyyətlərini davam etdirmişlər. Bu barədə onlara həmin ərazidə yaşayan bina sakinləri məlumat vermişlər. Qərarın ləğv olunması üçün heç bir hüquqi əsas olmadığı üçün ərizənin təmin edilməməsini xahiş edir. Şikayət vermiş şəxsin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Belə ki, iş materiallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixli qərarı Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi öz qərarında Mingəçevir Şəhər Məhkəməsinin qərarını ləğv edərkən bir neçə halın mütləq araşdırmalı olduğunu qeyd etmişdir. Bunlardan biri “Sabit Qəhrəmanovun vergi ödəyici kimi qeydə alınıb-alınmamasını, vəzifəli şəxs olubolmaması”, ikincisi isə “fəaliyyətini dayandırdığı müddətdə faktiki olaraq fəaliyyət göstəribgöstərməməsi” olmuşdur. Məhkəmənin hər iki hal üzrə araşdırması nəticəsində məlum olmuşdur ki, Sabit Qəhrəmanovun vergi ödəyici kimi qeydə alınmamış və VÖEN-ni yoxdur. X3 Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs kateqoriyasına aid deyil. Belə ki, sözügedən maddədə də göstərilən “habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər” kateqoriyasına S.Qəhrəmanova deyil X8 aiddir. Bunu nəzərə alaraq apelyasiya məhkəməsinin göstərdiyi S.Qəhrəmanovun vəzifəli şəxs olub olmaması məsələsi tam aydınlaşdırılmışdır. Bundan əlavə X1 məhkəməyə təqdim etdiyi əmək müqaviləsi, əmrlər kitabı və məhkəmə sorğusu ilə Məhkəmənin sorğusu əsasında 11 saylı X7 göndərilən xx xxx 2020ci il tarixli məktubdan görünür ki, X3 vergi ödəyici kimi qeydəa lınmamışdır. O, Ağsaray şadlıq sarayında inzibatçı vəzifəsində işləmiş, ona “texniki təhlükəsizlik” qaydalarına əməl etmələri üçün işçilərin vaxtaşırı məlumatlandırılması, eləcə də onların müntəzəm surətdə həkim müayinəsindəm keçmələrinə nəzarət işləri, müştərilərə xidmət edilməsi və şadlıq sarayında təmizliyə riayət edilməsi həvalə edilmişdir. İş materiallarından da göründüyü kimi S.Qəhrəmanovun şadlıq sarayını təmir etdirmək və bu kimi işlərə salahiyyəti olmamışdır. Apelyasiya məhkəməsinin məhkəmə qarşısında araşdırılması mütləq olan ikinci hal isə “fəaliyyətini dayandırdığı müddətdə faktiki olaraq fəaliyyət göstərib-göstərməməsi” olmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Ağsaray şadlıq sarayı sözügedən tarixdə fəaliyyət göstərməmişdir. Faktiki fəaliyyət göstərməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 nümayəndələri bildirsələr də bunu təstiq edən heç bir sübut təqdim etməmişlər. Onlar tərəfindən monitorinq aparılarkən video görüntünün çəkilməsi qeyd edilsə də bu video görüntü məhkəməyə təqdim edilməmişdir. Şadlıq sarayı fəaliyyət göstərmədiyi bir vaxtda inzibatçı və təmizlik işçilərinin həmin ərazini təmizləməsi və obyektdə olması toy şənliklərinin təşkil olunması kimi qiymətləndirilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 nümayəndələri şadlıq sarayının faktiki fəaliyyət göstərməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim : Şikayət təmin edilsin. Azərbaycan Respubliksı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 inzibati xəta haqqında xx xxxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli qərarlarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar