Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-115/2022 09.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 Mingəçevir şəhər prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Mingəçevir şəhər prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə göndərilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: "xxxx" MMC-də sürücü işləyən Şəxs idarə etdiyi 10BA656 dövlət qeydiyyat nişanlı “JCB300” markalı frontal yükləyici nəqliyyat vasitəsini arxaya doğru hərəkət etdirdiyi zaman ehtiyatsızlıqdan həmin ərazidə işləyən Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinin arxa tərəfi ilə vurub sonuncunun sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğuna görə Şəxs barədə Mingəçevir şəhər prokuroru tərəfindən İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər prokurorunun nümayəndəsi, prokurorunun köməkçisi X2 məhkəmə iclasında bildirdi ki, 18.11.2021-ci il tarixdə Mingəçevir şəhərində Zərərçəkmiş şəxs 20.09.2021-ci il tarixdə qəza nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş, "xxxx" MMC-də sürücü işləyən Şəxs tərəfindən qaydaların pozulması səbəbindən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmuşdur. Ona görə də Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 12.07.2021-ci il tarixdən "xxxx" MMC-də sürücü işləyir. "xxxx" MMC-yə məxsus 10BA656 dövlət qeydiyyat nişanlı “JCB300” markalı frontal yükləyici nəqliyyat vasitəni o, idarə edir. 20.09.2021-ci il tarixdə Mingəçevir şəhərində “Tekstil” fabrikanın yaxınlığındakı küçədə qazıntı işləri apararkən istifadəsində olan 10BA656 dövlət qeydiyyat nişanlı “JCB300” markalı frontal yükləyici nəqliyyat vasitəni geriyə doğru hərəkət etdiyi zaman ehtiyatsızlıqdan iş yoldaşı Zərərçəkmiş şəxs vurub onun ayağına xəsarət yetirmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Hesab edirəm ki, işə onun iştirakı olmadan baxılması mümkündür. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 770 №li 03.12.2021-ci rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-sol incik sümüyünün aşağı 1/3-nin açıq yerdəyişən sınığı, sol topuq oynağının çıxığı və sol təpə nahiyəsində yara qərarda göstərilən 20.09.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşə əlavə olunmuş əmək təhlükəsizliyinin tədqiqi üzrə 10/7383 №li 28.01.2022-ci il tarixli ekspertiza rəyində göstərilir ki, Zərərçəkmiş şəxs yaxınlıqda olmamasına əmin olmadan idarə etdiyi 10BA656 dövlət qeydiyyat nişanlı “JCB300” markalı frontal yükləyici nəqliyyat vasitəni arxaya doğru hərəkət etdirdiyinə görə, “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbləri sürücü Şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində göstərilir ki, Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyətə səbəb olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkibi var. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması, ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Hesab edirəm ki, Şəxs barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi gündə 10 (on) gün müddətində Mingəçevir məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-115/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-115/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver