Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-115/2025 06.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-6/2025 saylı qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-619/2024 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Şəxs rəhbəri olduğu "xxxx" MMCnin Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-45/2024, 2-2(117)-53/2024 və 2-2(117)- 216/2024 saylı icra sənədlərinə əsasən ümumilikdə yaranmış 400991.39 manat məbləğində borcun ödənilməsini təmin etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-53/2024 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 177192 manat əsas borc, 8860 manat cərimə borcu, 400 manat mediasiya xərci və ödənilmiş 34.68 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməsi və 438.45 manat ödənilməmiş dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, xx.xx.2024-cü il tarixli 2-2(117)-45/2024 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 203515.90 manat əsas borc, 400 manat mediasiya xərci və 76.42 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi və 479.94 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, 2-2(117)-216/2024 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 9494 manat əsas borcun və 100 manat mediasiya xərcinin tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, icra sənədini icra etməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra sənədini qəsdən icra etmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmişdir. Protokolun dəlillərini müdafiə edir və inzibati xəta törədən şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəlidir və 2 uşağı vardır. Qazax rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində işləyir. "xxxx" MMC adlı şirkəti qardaşı Zaur onun adına açmışdır və şirkətlə bağlı heç bir prosesdən xəbəri olmamış, şirkətə qardaşı Zaur rəhbərlik etmişdir. Qardaşı Zaur həbs edildikdən sonra bu hadisələrdən xəbəri olmuş, lakin həmin ziyanı ödəyə bilməyəcəyini, sənədləşmələrlə bağlı onun məlumatının olmamasını bildirmişdir. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmir, sadəcə həmin borcların yarandığı şirkətə rəsmi qaydada rəhbər kimi görünsə də heç bir əlaqəsi olmamağı səbəbindən tələb edilən məbləğləri ödəyə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar "xxxx" MMC-yə rəsmi qaydada məlumat verilmiş, tələbkar məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-6/2025 saylı qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)- 619/2024 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki Kommersiya Məhkəməsinin Şəki Kommersiya Məhkəməsinin 2- 2(117)-45/2024 və 2-2(117)-53/2024 saylı icra vərəqəsi üzrə icra sənədini icra etməkdən yayınmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-53/2024 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 177192 manat əsas borc, 8860 manat cərimə borcu, 400 manat mediasiya xərci və ödənilmiş 34.68 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməsi və 438.45 manat ödənilməmiş dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-45/2024 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 203515.90 manat əsas borc, 400 manat mediasiya xərci və 76.42 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi və 479.94 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-53/2024 saylı icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-53/2024 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-45/2024 saylı icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-45/2024 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(117)-216/2024 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 9494 manat əsas borc və 400 manat mediasiya xərcinin tutularaq X1 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(117)-216/2024 saylı icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli “icraatın birləşdirilməsi haqqında” qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən borclu "xxxx" MMCnin olduğu icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli izahatından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq etmişdir. xx.xx.2024-cü il tarixdə sorğulanmış “şəxsin kartoçkası” məlumatlarından görünür ki, Şəxs Qazax rayon Mərkəzi Xəstəxanada böyük tibb bacısı vəzifəsində işləyir. Tətbiq edilən hüquq: İcra haqqında Azərbaycan Respublikasının Qanununun 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin mövqeyi Barəsində inzibati protokol tərtib edilmiş şəxsin özünün izahatı, digər inzibati proses iştirakçılarının izahatı, iş materialları ilə təsdiq edilir ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol,işdə olan sübutlar və məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini, barəsində protokol tərtib edilmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2100 (iki min yüz manat) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-115/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-115/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver