Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-12/2022 24.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, X1 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq məhkəmə Müəyyən etdi: Şəxs MMC tərəfindən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar (xidmətlər) idxal edilməmiş və ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Ona görə də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında13.12.2021-ci il tarixli, EP seriyalı ******* №-li protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyət Cəmiyyəti 800000.00 Rusiya rublu məbləğində vəsaiti 14.11.2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 800000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. Xəta 15.11.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclası zamanı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, «MRT” MMC-in əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. İnzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alıb hesab edir ki, onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, Şəxs MMC 800000.00 Rusiya rublu məbləğində vəsaitin 20 faizi miqdarında olunmaqla cəmi 160000.00 Rusiya rublu cərimə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub məhkəmə Qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs MMC 800000.00 (səkkiz yüz min) Rusiya rublu məbləğində vəsaitin 20 faizi miqdarında olunmaqla cəmi 160000.00 (bir yüz altmış min) Rusiya rublunun qərar icra olunan günə manat məzənnəsi ilə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-12/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-12/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver