Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-120/2023 15.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yaşayan Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərar qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etmədiyinə görə barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda və xx.xx.2022-ci il tarixli qərarda göstərilmiş 99PS461 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus deyil və o, heç vaxt həmin nəqliyyat vasitəsini idarə etməmişdir. Onun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi “99PS456”dır. Bununla bağlı məhkəməyə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (texniki pasportun) surətini və nəqliyyat vasitəsinin şəklini təqdim etmişdir. O, idarə etdiyi həmin “Nissan” markalı 99PS456 dövlət qeydiyyat nişanlı avtomaşını lizinq müqaviləsi ilə götürmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, onun idarə etdiyi “Nissan” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 99PS461 deyil, “99PS456”dır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib edilmədikdə, təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-120/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-120/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver