Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-122/2025 07.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı, X2 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi EQ 19953971 nömrəli inzibati xəta haqqında protokoldan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin barəsində tərtib etdiyi EQ 19953971 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin barəsində tərtib etdiyi EQ 19953971 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilməmişdir. Bununla yanaşı, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə protokoldan deyil, qərardan şikayət verilməsi hüququ göstərilmiş, həmçinin belə şikayətə baxılması qaydası öz əksini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin barəsində tərtib etdiyi EQ 19953971 nömrəli inzibati xəta haqqında protokoldan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X1 qaytarılsın. X1 Baş Dövlət Yol Polisi İdarəsinin onun barəsində qəbul etdiyi qərarı və həmin qərarın onun tərəfindən hansı tarixdə əldə edilməsinə dair sənədi şikayətə əlavə edərək yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-122/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-122/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver