Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-125/2022 03.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlu Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru Sənan Hacıməmmədovun , Barəsində X1 protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1991-cİ ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə barəsində tərtib edilmiş X1 protokola X1 iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru tərəfindən Şəxs barəsində 03.03.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə X1 protokol tərtib edilib məhkəməyə verilmişdir. X1 protokola görə, Şəxs Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Mingəçevir Şəhər Məhkəməsinin 13.07.2020-ci il tarixli 3(051)-327/2020 saylı qanuni qüvvəyə minmiş qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan qanunla müəyyən edilmiş müddət ərzində icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru məhkəmə iclası zamanı məhkəmədən X1 Protokolun təmin edilməsini xahiş etdi. Barəsində X1 protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, heç bir yerdə işləmir. Onun maddi vəziyyəti pisdir. Ona görə də cəriməni ödəyə bilməmişdir. Məhkəmədən izahatına uyğun qərar çıxarılmasını xahiş edir. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. Bununla belə işin baxılmasını istisna edən, yəni İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Belə ki, X1 protokola görə, Mingəçevir Şəhər Məhkəməsinin 13.07.2020-ci il tarixli 3(051)-327/2020 saylı qərarı ilə Şəxs AR İXM-in 211.1-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, 13.07.2020-ci il tarixli 3(051)- 327/2020 saylı icra sənədi əsasında 14.08.2020-ci il tarixdə icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, 07.08.2020-ci il tarixdə borcluya həmin qərarın surəti və “tələbin könüllü icrası haqqında” bildiriş şəxsən verilmişdir. Məhkəmənin məcburi icraya yönəldilmiş qərarı 15 gün müddətində icra olunmamasına baxmayaraq, icra məmuru tərəfindən borclunun barəsində X1 protokol isə 03.03.2022-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən uzun müddət keçmişdir. Bu hal isə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş X1 protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş X1 protokol inzibati xətanın törədildiyi gündən 3 aydan çox müddət keçdikdən sonra tərtib edildiyindən, X1 iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda X1 iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş 03.03.2022-ci il tarixli, MN ******* nömrəli X1 protokol üzrə X1 işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-125/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-125/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver