Məhkəmə qərarları › İş №3(051)-13/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-13/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-13/2022 03.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X12, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin nümayəndəsi X3 iştirakı ilə, X7 Qida X1 Regional bölməsinin “İnzibati tənbeh vermə haqqında” ******* №li 12.11.2021-ci il tarixli qərarından şikayətinə baxaraq M ü ə y y ə n e t d i m: X12 Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin ******* №li 12.11.2021-ci il tarixli qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X12 şikayətini əsaslı hesab edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, vergi ödənişi kimi 11 saylı Ərazi Vergilər idarəsində uçota alınmış və bu barədə ona VÖEN verilmişdir. Mingəçevir şəhəri Nəsimi küçəsində yerləşən “Dostluq” sarayı ona məxsusdur. O, Qarabağ müharibəsi veteranı və İİ qrup Qarabağ müharibəsi əlilidir. 03.03.2021-ci ildə işlətdiyi “Dostluq” şadlıq sarayında toy məclisi təşkil olunmuşdur. Həmin vaxt işçilər arasında heç bir qanun pozuntusuna yol verilməmişdir. Əvvəl toyda iştirak edənlərin sayı da 100 nəfərdən çox olmamışdır. Lakin sonra başından ağrı tutmuş, saraya giriş-çıxışı nəzarətdə saxlaya bilməmişdir. Həmin vaxt digər toya dəvətlilər də saraya daxil olmuş, sıxlıq yaranmışdır. Az sonra AQTA-nin X8, Mingəçevir şəhər polis şöbəsinin və 11 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları saraya gələrək akt tərtib etmişlər. AQTA-nin 12 noyabr 2021-ci il tarixli qərarı ilə də 4000 manat cərimə olunmuşdur. Hesab edir ki, barəsində olan həmin qərar ədalətsizdir. Belə ki, o, qeyd etdiyi kimi Qarabağ müharibəsi veteranıdır, İİ qrup əlildir. Ancaq barəsində qərar qəbul edilərkən həmin hallar nəzərə alınmamışdır. Bundan əlavə onun işlətdiyi şadlıq sarayında yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 17.2-ci maddəsinin tələblərinə zidd olaraq aparılmışdır. Belə ki, yoxlayıcı orqan tərəfindən plan üzrə yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış ona yoxlama aparılması barədə qərarın surəti, yoxlama zamanı hüquq və vəzifələrin izahı göndərilməlidir. Qanunsuz olaraq o, İXM-nin 211.1-ci maddəsi ilə 4000 manat cərimə olunmuş, onun məsuliyyətini yüngülləşdirən hallar, müharibə veteranı, İİ qrup əlil olması nəzərə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq AQTA-nin X8 ******* №li 12.2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edir. AQTA-nin X8 nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, epidemiya ələyinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulub- pozulmamasını müəyyən etmək məqsədilə AQTA-nin Bərdə RB-nin, Mingəçevir şəhər polis şöbəsinin və 11 saylı Ərazi Vergilər idarəsinin nümayəndələrinin iştirakı ilə 03.11.2021-ci ildə Mingəçevir şəhəri Nəsimi küçəsində yerləşən “Dostluq” şadlıq sarayında monitorinq keçirilmiş, aşkar olunmuşdur ki, sarayda keçirilən toy mərasim zalında qonaq qəbulu 101 nəfər olduğu halda 138 nəfər olmuşdur. Ona görə də şadlıq sarayını işlədən İlqar Umarovun iştirakı ilə 03.11.2021-ci il tarixli akt tərtib edilmiş, eləcə də həmin tarixdə İ.Umarov barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İlqar Umarov protokolla tanış olaraq imza etmiş, əməlindən peşiman olduğunu bildirmişdir. Sonra inzibati xəta haqqında protokola baxılması barədə keçirilərək iclasın vaxt barədə İlqar Umarova rəsmi məlumat verilmiş, İ. Umarovun iştirakı ilə 12.11.2021-ci ildə inzibati xəta haqqında işə baxılmış və qəbul edilmiş qərarın surəti İ.Umarova verilmişdir. İşə baxılan zaman da İ.Umarov əməlindən peşiman olduğunu bildirmişdir. Onu da bildirir ki, İlqar Umarov əvvəl də, bir il ərzində eyni inzibati xətanı törətmiş və 4000 manat cərimə olunmuşdur. Hesab edir ki, şikayət əsassızdır, təmin olunmamasını xahiş edir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət təmin olunmamalıdır. İşə əlavə olunmuş AQTA-nin X8 nümayəndəsi Allahverdi Babayev, 11 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi Asəf Abbasov, Mingəçevir şəhər PŞ-nin sahə rəisi Nicat Mustafayev və X9 iştirakı ilə tərtib edilmiş 03.11.2021-ci il tarixli aktda göstərilir ki, Mingəçevir şəhəri Nəsimi küçəsində fəaliyyət göstərən “Dostluq” şadlıq sarayına monitorinq zamanı zalda qonaq qəbulu 101 nəfər olduğu halda 138 nəfər qəbul edilmişdir. İşə əlavə olunmuş AQTA-nin Bərdə RB-nin baş məsləhətçisi Babayev Allahverdi Mamoş oğlu tərəfindən tərtib edilmiş MN ******* №li 03.11.2021ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri Nəsimi küçəsi “Dostluq” şadlıq sarayında epidemiya əleyhinə rejimi, sanitariya –gigiyena və karantin rejimini pozduğuna görə vəzifəli şəxs X12 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol X7 iştirakı ilə tərtib olunmuş və onun tərəfindən imzalanmışdır. İşə əlavə olunmuş AQTA-nin Bərdə RB-nin rəisi X4 MN ******* №li 12.11.2021-ci il tarixli qərarında görünür ki, X12 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 4000 manat cərimə olunmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 09.08.2021-ci il tarixli 3(051)- 624/2021 №li qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat cərimə edilməsi barədə 17.07.2021-ci il tarixli qərardan verdiyi şikayət təmin olunmamışdır. Azərbaycan Respublikası İXM–nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Barəsində qərar qəbul edilmiş Umarov İlqar Mirzə oğlu şikayətini onunla əsaslandırır ki, onun işlətdiyi şadlıq sarayında yoxlama “Sahibkarlıq sahəsinə aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. Məhkəmə hesab edir ki, şikayət verən İlqar Umarovun həmin izahatı əsassızdır. Ona görə ki, İ.Umarov işlətdiyi “Dostluq” şadlıq sarayında epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulmasına görə inzibati cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş İ.Umarov, həmçinin, şikayəti onunla əsaslandırır ki, o, Qarabağ müharibəsi veteranıdır, İİ qrup əlildir, qərar qəbul edilərkən bunlar yüngülləşdiriçi hal kimi nəzərə alınmamışdır. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İlqar Umarov vəzifəli şəxs kimim qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə olunmuşdur. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, İlqar Umarov bir il ərzində eyni xətanı törətdiyinə görə əvvəl də inzibati məsuliyyətə cəlb olunaraq 4000 manat miqdarında cərimə olunmuşdur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati məsuliyyətə cəlb olunmuş X7 əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tərkibi vardır. Şikayətin təmin olunması, barəsində olan qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldım: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X7 şikayəti təmin olunmasın. X7 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə, əsasən 4000 manat cərimə edilməsi barədə AQTA-nin X8 rəisi İrfan İsgəndərovun MN090227 №li 12.11.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar