Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-13/2024 11.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmind qızının katibliyi ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 şəhər İcra Hakimiyyəti tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət verən X5 şikayət onunla əsalandırılmışdır ki, o, balkonun taxta hissəsini sökərək içi boş olan yüngül kərpiclərdən istifadə etmişdir. Bunu isə soyuğun qarşısını almaq üçün istəmişdir. Çünki qış aylarında taxta balkonla evi qızdırmaq olmur mümkün olmur. Təmir işlərinə başlamazdan əvvəl yerləşdiyi ərazinin 9 saylı MİS-ə müraciət edərək, razılıq almışdır. Lakin buna baxmayaraq, Mingəçevr şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 300 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərarda qeyd edilmişdir ki, P.Abdullayev yaşadığı ünvan 1 ünvanında özbaşına yenidən qurma işləri aparmışdır. Lakin o, həmin mənzilin heç bir hissəsində yenidən qurma işləri aparmamışdır. O, mənzilin əvvəldən mövcud olan yarasız hala düşən balkon hissəsini yenidən təmir etmişdir. Hazırda ailə vəziyyəti çox ağırdır, heç bir yerdə işləmir və həmin balkonu təmir etmək üçün bankdan kredit götürüb. Bundan başqa, qeyd edilən mənzilin mülkiyyət hüququ ona məxsus deyil. Ona görə Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Barsində qərar çıxarılmış şəxs X5 iştirak etdiyi məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, o məhkəmə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün inzibati orqana qaytarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: AZE № ******* saylı xx.xx.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surtindən görünür ki, X1 şəhəri Y. Mənsurov küçəsi ev 13, mənzil 7 ünvanında qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, ünvan 2 tam mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır. X7 Xidmət Mərkəzi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 584809 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X5 ilə X6 arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 605 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Mahmudova soyadı verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 xx.xx.2023cü il tarixdə yaşadığı ünvan 1 ünvanında balkonun təmir etmişdir. Nəticədə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materialına əlavə edilmiş 24 noyabr 2023-cü il tarixdə X5 tərəfindən ünvan 2 ünvanında qeydə alınmış videogürüntüdə mənzilin balkonunun tavan, döşəmə hissəsi, sağ və sol divarlarına dəyiklik edilmədiyi, yalnız ön divarının kərpiclə yenidən hörüldüyü göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 395.2-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materialına əlavə edilmiş videogörüntüdən görünür ki, mənzilin balkonunun tavan, döşəmə hissəsi, sağ və sol divarlarına dəyiklik edilməmiş, yalnız ön divarı kərpiclə yenidən hörülmüşdür. Şəxs barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarda şəxsin mənzildə özbaşına yenidənqurma işləri apardığı qeyd olunmuşdur. Bununla bağlı hər hansı sübut (mütəxəssis rəyi) qərara əlavə edilməmişdir Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X2 barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfinən çıxarılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə olan halda, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilsin. Qərardan, 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-13/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-13/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver