Məhkəmə qərarları › İş №3(051)-130/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-130/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-130/2024 10.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Mingəçevir şəhəri C.Əliyev prospekti ev 13 A, mənzil 20 qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-737/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 10 mart 2021-ci il tarixdən başlayaraq, 14 iyun 2007-ci il tarixdə doğulmuş Səid, 22 iyun 2008-ci il tarixdə doğulmuş Səidə və 07 dekabr 2013-cü il tarixdə doğulmuş Tunar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin Şəxs müəyyən edilmiş məbləğləri ödəməmiş və nəticədə 2470 manat məbləğində borcu yaranmışdır. Yaranmış borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı izahatında bildirdi ki, borclu borcunu tam ödəyib, ona görə də izahatında göstərilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, işsizliyi ilə əlaqədar alimenti ödəyə bilməmişdir. Hal-hazırda aliment borcunu tam şəkildə ödəyib və əlavə olaraq ödəniş qəbzləri təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2 (051)-737/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 10 mart 2021-ci il tarixdən başlayaraq, 14 iyun 2007-ci il tarixdə doğulmuş Səid, 22 iyun 2008-ci il tarixdə doğulmuş Səidə və 07 dekabr 2013-cü il tarixdə doğulmuş Tunar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər Məhkəməsinin 2 (051)-737/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır və xx.xx.2023-cü il tarixli bildirişlə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, borclu Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu tam şəkildə ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu borcunu müvəqqəti ödəyə bilməmişdir. Hal-hazırda isə o borcunu tam ödəyib və bu o deməkdir ki, o borcunun icrasından boyun qaçırmır. Ona görə də məhkəmə hesab edir ki, borclu öhdəliyindən qəsdən imtina etməmişdir. Məhkəmənin gördüyü tədbirlər nəticəsində icra sənədi üzrə yaranmış borc borclu tərəfindən tələbkara tam şəkildə ödənilmiş və icra sənədi icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatını, məhkəmə qəbzlərini və eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar