Məhkəmə qərarları › İş №3(051)-131/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-131/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-131/2024 28.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə, İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Cəfərli X4 şəhəri, Naxçıvan küçəsində idarə etdiyi “BMW 528” markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində idarəetməni itirmiş, avtomobili yolun sol kənarındakı dərəyə aşırmış, nəticə də avtomobildə olan sərnişinlər, Zərərçəkmiş şəxs1 Əlizamin qızı və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, inzibati xətanı törətmiş şəxs, Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, “BMW 528” markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobil dostu X1 məxsusdur. Lakin onun sürüclük vəsiqəsi olmadığı üçün avtomobil demək olar ki, hər gün onda olur və o, idarə edir. xx.xx.2024-cü il tarixdə o, dostu Allahverdiyə məxsus “BMW” markalı avtomobil ilə Mingəçevir şəhər M.Maqomayev prospekti işlətdiyi “Suşisop” lokantasına gəldi. Həmin gün təxminən saat 19 radələrində aşbaz köməkçisi işləyən Zərərçəkmiş şəxs1 həyat yoldaşı Rzada oraya gəldi. Təxminən saat 20:30 radələrində obyekt bağlandı. Həmin vaxt hava qarlı və soyuq olduğuna görə o, Rza və Şəbnəmə təklif etdi ki, onları da yaşadıqları evə aparsın onlar da buna etiraz etmədilər. Bundan sonra Rza və Şəbnəm avtomobilin arxa oturacağına, Allahverdi isə qabağa əyləşdi. Qarlı hava şəraiti olduğuna görə avtomobili yavaş və ehtiyatla idarə edirdi. Lakin Mingəçevir şəhəri, Təbriz küçəsi ilə Naxçıvan küçəsini birləşdirən körpünün üzərində avtomobili idarə edən də avtomobil sürüşdü və o, özünü itirərək idarəetməni itirdi və həmin vaxt avtomobil sola doğru istiqamətləndi və dərəyə doğru aşıb dayandı. Avtomobil aşandan sonra Rza və Şəbnəm xəsarət aldılar. Hazırda əməlindən peşmandır və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 Əlizamin qızı izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə işdə olan zaman, təxminən saat 19 radələrində həyat yoldaşı Rza onun iş yerinə gəldi. Təxminən 20:30 radələri olardı ki, iş vaxtı bitdiyi üçün obyekt bağlandı. Həmin vaxt Əlinin dostu Allahverdi idarə etdiyi “BMV 528” markalı avtomobili ilə oraya gəldi. Əli ona və yoldaşı Rzaya təklif etdi ki, onları da yaşadıqları Qres qəsəbəsinə aparsın. Onlarda razılaşdılar. Həmin vaxt qarlı və yağışlı hava şəraiti var idi. Əli Naxçıvan küçəsi istiqamətində avtomobili bir qədər sürətli idarə etdi və avtomobil sürüşərək dərəyə aşdı. Sonra onlar müxtəlif bədən xəsarətləri aldılar. Onun həyat yoldaşı Rzada oraya gəldi. Təxminən saat 20:30 radələrində obyekt bağlandı, hava qarlı və soyuq olduğuna görə o, Rza və Şəbnəmə təklif etdi ki, onları yaşadıqları evə aparsın onlar da etiraz etmədilər. Bundan sonra Rza və özü avtomobilin arxa oturacağına, Allahverdi isə qabağa əyləşdi. Qarlı hava şəraiti olduğuna görə avtomobili yavaş və ehtiyatla idarə edirdi. Lakin Mingəçevir şəhəri Təbriz küçəsi ilə Naxçıvan küçəsini birləşdirən körpünün üzərində avtomobili idarə edən də avtomobil sürüşdü və o, özünü itirərək idarəetməni itirdi və həmin vaxt avtomobil sola doğru istiqamətləndi və dərəyə doğru aşıb dayandı. Avtomobil aşandan sonra Rza və o, xəsarət aldılar. Həmin vaxt o, qızıl-zinət əşyası olan sırğasını itirmiş və bundan əlavə xəsarət də almışdır. Ona görə də ona dəymiş ziyanın zərərçəkən tərəfindən ödənilməsini xahiş edir. İşə əlavə edilmiş ƏN-İXN 068936 saylı etibarnamədən görünür ki, X2 mülkiyyətində olan **-SO-*** dövlət qeydiyyat nömrə nişanlı “BMW” 528” markalı minik avtomobili xx.xx.2024-cü il tarixədək idarə etməyi Şəxs etibar etmişdir. İşdə olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in xx.xx.2024-cü il tarixli 22 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Əlizamin qızı burun sümüyünün yerdəyişməyən sınığı, sağ budunda və sol qalça tinində qançırlar qərarla göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə sağlamlığa qısa müddətə pozduğundan sağlamlığı yüngül zərər vurmaya aiddirlər. İşdə olan AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-in xx.xx.2024-cü il tarixli 41 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində xəsarətlər aşkar olunmamışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Cəfərli X4 şəhəri, Naxçıvan küçəsində idarə etdiyi “BMW 528” markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində idarəetməni itirmiş, avtomobili yolun sol kənarındakı dərəyə aşıraraq nəticə də avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 Əlizamin qızı yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar